Into ayini Yaponiyada nəvaxt rəsmi din olaraq elan olndu?
18-ci əsrdə
33. Cayna dini nə vaxt və kim tərəfindən yaranıb? Miladdan 6 əsr öncə Cayna - mahavira(böyük qəhrəman deməkdir) tərəfindən
34. Cayna dininin əsas mövqeyi nədir? Kasta sistemidən, brəhmanların istismarından, reankarnasiyadan qurtuluşu hədəfləyir. Hindistanda bir milyondan çox tərəftarı var. Reankarnasiya və axirətə inanırlar.
35. Caynizmin banisi Mahaviranın xüsusiyyətləri? ət xörəyi yeməz, dilənər, dişlərini yumaz, az yatar, saçlarını qısaltmaz. Mahavira materialist inanca sahib idi ancaq sonralar onun özünü tanrı qəbul etdilər. Ən dözülməz dindarlıq tipində idi.
36. Cayna təlimində əsas göstəriş? Canlı varlıqlara zərər verməmək (bu əqidədə olanlar əkinçilik etmir, heyvan yemir, heyvanlarçun xüsusi xəstəxanaları vardır).
37. Cayna dinin kitabı hansıdır? Siddharta
38. Konfutsiçilik harada yaranmışdır və banisi kimdir? Budizm, taoizm, və.s ayinlər kimi Çinin mühüm dinlərindəndir. Çİndə milli dindir. Banisi Konfutsidir. Əsl adı Kung-Cyudur.
39. Konfuts. təlimində əxlaq qanunu? “Lİ” əxlaq qanunu (paklıq, qayda-qanunlar) Çoxtanrılı dindir.
40. Taoizm dini nə dinidir? Yol təriqət deməkdir. Fövqaladə və cadugərlik tao adlanıb.
41. Taoizmin əsas şəxsiyyəti və əsas kitabı? Lao Tzen - əsas kitabl Taoteçinq
42. Əsas tanrılar nə adlanır? Üç pak gövhər
43. Yəhudilik kitabı nə adlanır? Əhdi ətiq yaxud Tövrat
44. Bu kitab neçə nüsxədən ibarətdir və hansı dildə yazılıb? 2 nüsxədən 1- ibrani, 2. Həldani dillərində. 2-ci nüsxə yunan dilində.
45. Allahın hansı adı yəhudilərdə məşhurdur və dillərinə gətirmirlər? Yəhvə adı . .Onun əvəzində yaradan, mənim agam deyirlər.
46. Əhdi ətiqin peyğəmbərlər haqqında anlayışı? Yalançı kahinlər də, peyğəmbərlər də qeybdən xəbər verdikləri üçün hər iksi peyğəmbər adlanr. Peyğəmbər və kahinlər zikr oxuyub, çalıb-oynayıb özlərindən gedirlər. Allahın ruhu peyğəmbərlərə hulul edir. Peyğəmbərlər zülm edir, zina edir.
47. Yəhudilikdə Allah anlayışı ? Allahı cismani və eybli xüsuslarla vəsf edirlər.
48. Xristianlıq haqqında qısa müqəddimə: İsa peyğəmbərin gətirdiyi dindir, müqəddəs kitabı bibliya yaxud incildir. Ən böyük dindir.
49. Bibliya nə deməkdir? Bibliya kitablar deməkdir.
50. İncil neçə hissəyə bölünür? 2 hissədən : 1. Qədim əhd, 2. Yeni əhd.
51. Bunlara niyə əhd deyilir? Xristianların inancına görə Allah insanlarla iki əhd-peyman bağlamışdır. Qədim əhd- qədim əhd əvvəlki peyğəmbərlər tərəfindən xalqa çatdırılmışdır. Bu əhd (xristian) şəriət hökmlərinə riayət etməklə nicat tapmaq üçündür. Yeni əhd – yalnız (Allahın oğlu) İsaya məhəbbət bəsləməklə əbədi səadətə çatmaq vədəsi verir. Yeni əhd qədim əhdə dayaqdır.
52. İncil nə deməkdir? “Yunanca yevenqelun sözündən götürülərək müjdə deməkdir.
53. 3 üqnüm əqidəsi nədir? Xristianlar tövhidə inanclı olduqları halda həmçinin 3 üqnüm tipinə də inanırlar. Xristianlar İsanı Allahın zatı bilirlər. Allah bəndələrinin günahını yumaqçun özünü qurban verir. Çarmıxa çəkilir. Ata Allah oğul Allahı yaradır, müqəddəs ruh onlardan sadir olur. Deməli vahid Allah eyni halda 3-dür. Isa onun kəlamıdır.
54. Katolizm nədir? Katolizm yunan sözü olub dünyəvi, ümumi mənasını verir. 3 üqnümə, qiyamət gününə, roma papasına inanır və ən çox yayılmış xristian əqidəsindəndir.
55. 3 üqnümdə müqəddəs ruh nədir? Allahın daim həyatverici və fəaliyyətdə olan vücudu.
56. Provaslav əqidəsi nəyə inanır? Provaslav (ortodoksiya) şərqi avropa yaxın şərq və Balkanda yayılib. 11-ci əsrdə feadalizm dagilanda mustəqil olub. İnanclari : papanin yox kilsənin qüsursuzluğunun qəbulu.
Qiyamətə inam, şəriətin toxunulmazlığı, ağ ruhanilərin nigahı, ikonlara inam (ibadət edilməyən nurani insan təsvirləri).
57. Xristianlığa görə vəhy və peyğəmbərliyin tərifi? Peyğəmbərlik insanda günah səbəbi ilə Allahın səsini eşitmək istəməmiş, demək olar mənəvi karlığa görə bunu bacarmamışlar. Buna görə peyğəmbərlər göndərilib. Onlar əqli xüsusa malik deyillər. Allah bəzi insanlarla danışıb və beləliklə onlar peyğəmbər olub.
58. İLk dəfə İsanı Allahın oğlu adlandıran və Musanin şəriəti ləğv olunduğunu deyən kim olub? Pavel
59. Xristianlıq neçə əsas qola bölünür? Katolik - (mühafizəkarlar) , Ortodoks (pravaslarla) , protestant (islahatçılıq siyasi ayrılıq)