Fatimə(s.ə)-nin zöhd və təqvasından nümunələr
Seyyid ibn Tavus Əbu Cəfər Əhməd yazdığı «Zöhdünnəbi» kitabında qeyd edir ki, bu iki ayə («Hicr», 43, 44) nazil olan zaman:
Cəhənnəm bütün yolunu azmışların qayıdacaq yeridir. Onun yeddi qapısı vardır ki, hər qapıdan da müəyyən olunmuş dəstələr keçər».
Peyğəmbər (s) bərkdən ağladı. Əshabı da bunu görcək ağlamağa başladı. Ancaq səhabələr Həzrətin ağlamağının səbəbini bilmirdilər və həzrəti-Mühəmməd(s)-in halı elə dəyişmişdi ki, heç kəs ondan söz soruşmağa cürət etmirdi.
Peyğəmbər(s) həmişə Fatimə(s.ə)-ni görəndə xoşhal olardı. Buna görə də səhabələrdən biri Fatimə(s.ə)-nin hüzuruna gələrək onu Atasının yanına çağırmaq üçün evə daxil olanda gördü ki, Fatimə(s.ə) dəyirmanda arpa üyüdə-üyüdə bu ayəni oxuyur:
O şey ki, Allah yanındadır, xeyir və əbədidir».
Həmin səhabə kişi xanıma salam verərək Rəsuli-əkrəm(s)-in halından Zəhra(s.ə)-nı agah edir. Fatimə(s.ə) cəld ayağa qalxıb on iki yerdən xurma lifi ilə yamaqlanmış köhnə çadrasını başına örtüb yola düşür. Evdən çıxanda Salman onu görüb ağlayır və deyir:
–Vay halınıza! Rum və Kəsra (İran) qeysərləri sundus, ipək parçalardan hazırlanmış libaslar geyib gəzdikləri bir halda, Peyğəmbər(s)-in qızı on iki yerdən yamaqlanmış nimdaş çadra örtür!?
Fatimə(s.ə) Peyğəmbər(s)-in hüzuruna gəlib ərz etdi:
-Ey Allahın Rəsulu, Salman mənim libasıma təəccüb edir. Bununla belə səni haqqa məbus edən Allaha and olsun ki, beş ildir, Əli(ə.s)-nin evində gecələr qoyun dərisindən olan fərşin üstündə yatır, gündüzlər isə onunla dəvəmizə ələf veririk. Daha bilmir ki, bizim mütəkkəmiz də xurma lifindəndir.
Bu zaman Peyğəmbər(s) Salmana buyurdu:
__Mənim qızım qabaqcıllardan və Allah dərgahında ön səfdə duranlardandır.
Belə olduqda Fatimə(s.ə) söylədi:
__ Atacan, qurbanın olum, ağlamağının səbəbi nədir?
Peyğəmbər(s) Cəbrayılın nazil etdiyi yuxarıdakı iki ayəni xanım Zəhra üçün də oxudu. Fatimə(s.ə) cəhənnəm adını eşidən kimi üzü üstə yerə düşüb təkrar-təkrar dedi:
__Vay olsun, vay olsun o şəxsə ki, cəhənnəmə daxil olar.
Salman ayəni eşidən zaman dedi:
__Kaş qoyun olardım, sahibim məni kəsib dərimi soyardı, amma mən cəhənnəm sözünü eşitməyəydim.
Əbuzər də dilləndi:
__Kaş anam məni bu dünyaya gətirməzdi və mən də cəhənnəm adını eşitməzdim.
Həzrəti-Əli(ə.s) buyurdu:
__Kaş yırtıcılar bədənimi didib parçalayardılar, kaş anam məni doğmayaydı və cəhənnəm adını eşitməzdim.
Sonra əlini başına qoyub ağlaya-ağlaya dedi:
__ Səfərin uzaqlığından, qiyamət səfərinin azuqəsininazlığından Allah özü bizi qourusun.
Günahkar adamlar cəhənnəmə tərəf gedirlər. Alov onları udur. Sanki onlar unudulmuş xəstələrə bənzəyirlər. Günahkarlar müalicə olunmayan yaralılar, heç kəsin cəhənnəm əzabından azad edə bilməyəcəyi əsirlərdir. Bunların qidası od-alovdur. Alovun təbəqələri arasında o tərəf-bu tərəfə çevrilər, dünyada pambıqdan geydikləri yumşaq, zərif paltarlar əvəzinə cəhənnəmdə alova bürünər, Yer üzündə həyat yoldaşları ilə qucaqlaşmadan cəhənnəmdə iblislərlə qucaqlaşarlar.
Peyğəmbər(s) və Fatimə(s.ə)-nin zahidliyindən bir nümunə.
Rəsuli-əkrəm(s) nə vaxt səfərə çıxsaydı, ən son görüşdüyü şəxs Fatimə(s) olardı. Səfərdən qayıdanda da ilk olaraq onunla görüşərdi.
Döyüş səfərlərinin birindən Mədinəyə qayıdan zaman Peyğəmbər(s) Fatimə(s.ə)-nin evinə yaxınlaşdıqda qapıda qəşəng pərdə, Həsən(ə.s) və Hüseyn(ə.s)-in qolunda isə gümüş qolbaq görür. Həzrəti-Mühəmməd(s) evə girməyib geri qayıdır. Fatimə(s.ə) məsələdən xəbərdar olduqda başa düşür ki, Peyğəmbər(s)-in geri qayıtmağının səbəbi o pərdə və gümüş qolbaqlardır. Cəld pərdəni açıb, qolbaqları da Həsən(ə.s) və Hüseyn(ə.s)-in qolundan çıxardır. Uşaqlar əllərində həmin əşyalar ağlaya-ağlaya babalarının hüzuruna gedirlər. Peyğəmbər(s) həmin qolbaqları onlardan alıb Səubana (qullarından biri) buyurdu: «Bu əşyaları filan yerə apar. Bunlarla Fatimə(s.ə) üçün «əsəb» ağacından hazırlanmış iki ədəd qolbaq al gətir. Çünki bunlar mənim Əhli-beytimdir. Mən istəmirəm ki, bəzək və ləzzətləri bu dünyada sərf edib axirət üçün saxlamayalar».[16]