Coğrafi adlarda baş verən dəyişikliklər

Toponomika və dilçilik

Plan:

Toponimika və dilçilik

Coğrafi adlarda baş verən dəyişikliklər

Ə D Ə B İ Y Y A T

1. Toponimika. N.G. Memmedov Bakı 2007.

2. Toponimikanın əsasları. S.K. Kərimov, U.B.Yusifov Bakı 1987.

3. Azərbaycan toponimikasının əsasları. T.M. Əhmədov Bakı 1991.

4. Zaqafqaziyanın Azərbaycan toponimləri. Q.İ.Məşədiyev Bakı 1996.

Son onilliklərdə ən aktual və əhəmiyyətli elm sahələrindən olan toponomika sürətlə inkişaf etməkdə, onun ayrı-ayrı problemləri dərin və hərtərəfli tədqiqata cəlb edilməkdədir. Bu elm sahəsinə maraq Böyük Vətən müharibəsindən sonraki illərdə daha da artmış və o, müstəqil elm sahəsi kimi formalaşmağa başlamışdır. Ölkəmizdə indi artıq külli miqdarda çap olunmuş qəzet və jurnal məqalələri ilə yanaşı, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuş, çoxlu monoqrafiya, lüğət və dərs vəsaiətləri dərc edilmiş, bu elm sahəsinə həsr olunmuş bir çox ümumittifaq və regional konfrans və sessiyalar keçirilmişdir. Məhz elə göstərilən əsərlər sayəsində onomastika və onun əsas komponentlərindən birini təşkil edən toponomika özünün müstəqil inkişaf mərhələsinə qədəm qoymuşdur.

Lakin buna baxmayaraq, toponomikanın tədqiqat obyekti və predmeti, metod və prinsipləri, yaranma və formalaşma yolları, funksional-struktur və semantik tipləri, qolları və şöbələri və s. məsələlər sahəsində olduğu kimi, onun olaqədar olduğu elm sahələri arasındakı yeri və mövqeyi barədə də toponomistlərin yekdil rəyi mövcud deyildir. Bu ilk növbədə, onunla bağlıdır ki, toponomika son dövrlərdə bir sıra elmlərin, xüsusilə tarix, coğrafiya və dilçiliyin kəsişdiyi nöqtədə yaranan yeni bir elm sahəsi olduğundan onunla məhz toponomistlər deyil, göstərilən elm sahələrinin də mütəxəssisləri məşğul olduqlarından eyni obyektə ınüxtəlif baxımdan yanaşılmış, məsələ birtərəfli tədqiq edilmiş, bununla tarixçilər onu tarixin, coğrafiyaşünaslar coğrafiyanən, dilçilər isə dilçiliyin bir şöbəsi hesab etməyə ciddi səy göstərərək bu sahədə dolaşıqlıq yaratmışlar.

Məlumdurki, toponim hər şeydən əvvəl sözdür və bir və ya bir neçə sözün birləşməsindən əmələ gəlmişdir. Bu sözlər isə aid olduqlar dilin lüğət fonduna daxil olmaqla həmin qanunlarına tabedir. Bu baxımdan bütün coğrafi adların yaranması və inkişafı məsələsini yalnız dilçilik qanunları əsasında tədqiq etmək lazımdır. Digər tərəfdən toponimlərin tədqiqi dilçilik elmi ilə, xüsusilə, dil tarixi ilə sıx əlaqədardır. Rus dilçisi B.A.Serebrennikovun dediyi kimi, toponimlər dilin tarixini öyrənmək üçün olduqca maraqlı və qiymətli material verir.

Azərbaycanın ərazisində on qədim dövrlərdə müxtəlif etnoslar məskunlaşmış, onların arasında ünsiyyət vasitəsi kimi müxtəlif dillər fəaliyyət göstərmişdir. Azərbaycan xalqının, həmçinin burada mövcud olan etnik qrupların və tayfa birləşmələrinin Azərbaycan tarixində oynadığı rolunun müəyyən edilməsində yer adları mühüm əhəmiyyət kəsb edir. Müxtəlif tayfa və xalq adlarını əks etdirən coğrafi adlar xalqın tarixini öyrənmək üçün qiymətli mənbədir.

Göründüyü kimi, toponimlorin tədqiqi dilçilik elmi ilə, xüsusilə dil tarixi, tarixi leksikologiya ilə sıx əlaqədardır. Mürəkkəb sözlər kimi, toponimik adlar da tərkiblərində bəzən dildə çoxdan unudulmuş sözləri qoruyub saxlayırlar.

Coğrafı adların düzgün yazılışı məsələsində dilçilik elminin xidməti əvəzedilməzdir. Toponimlərin vahid yazılışı qaydalarına xəritəçilik sahəsinin və kartoqrafiya elminin xüsusi ehtiyacı vardır. Başqa dillərə məxsus olan coğrafi adlar çox zaman xəritələrdə təhrif olunmuş şəkildə yazılır. Bunun isə başlıca qüsuru ondadır ki, heç bir dilin əlifbası digər dillərdəki adların düzgün yazılışı üçün yararlı deyil və ola da bilməz. Buna görə də, məsələn, rus dilindəki xəriətələrdə nəinki Avropa dililərinə məxsus toponimlər Pari, Vin, Roma və s. əvəzinə Parij, Vena, Rim hətta keçmiş SSRİ xalqlarının dillərinə məxsus toponimlər də təhrif olunmuş şəkildə yazılır. Belə ki, Gəncə əvəzinə Qyandja, Üçtəpə əvəzinə Oçtepe, Heydər əvəzinə Azra (Xazra) və s. Bunun da səbəbi aydındır: başqa dillərdəki bir çox səslərin müqabili rus dilində olmadığından rus əlifbasında onlar üçün xüsusi işarələr yoxdur (azərbaycanca ə, ö, ü, c, h, ğ və s. ). Eyni sözü bütün dillər və əlifbalar üçün də demək olar.

Keçmiş SSRİ miqyasında, habelə həmin ərazidə yaşayan xalqların toponimlorinin rus dilində, rus toponimlərinin isə başqa xalqların dilində xəritə və atlaslarda, habelə digər rəsmi sənədlərdə verilməsində toponomika mühüm rol oynayır. Hər bir dilin özünəməxsus toponimləri konkret orfoqrafiya qaydaları əsasında xəritə, atlaslar, müxtəlif kitablarda və digər vəsaitlərdə verilir. Lakin digər dillərdə olan coğrafi adları olduğu kimi və yaxud əslinə yaxın şəkildə vermək istədikdə adların yazılışında çox böyük çətinliklər yaranır. Elə bu səbəbdən də həmin adların bir hissəsinin yazılışında təhriflər meydana çıxır. Hazırda belə coğrafi adlar müxtəlif dillərdə tərtib edilmiş xəritə və atlaslarda vardır. Məlum olduğu kimi, dilçilik elminin qanunlarını, orfoqrafiya qaydaları prinsiplərini nəzərə almadan xəritə və atlasları tərtib etmək mümkün deyildir.

Təcrübədə coğrafi adların xəritələrdə düzgün yazılışının aşağıdaki beş prinsipindən istifadə olunur:

1. Yerli rəsmi üsul.

2. Fonetik üsul.

3. Transliterasiya üsulu.

4. Ənənəvi (şərti) üsul.

5. Tərcümə (kalka) üsulu.

1. Yerli rəsmi üsul. Bu üsulda bu və ya digər ölkədə başqa dillərə məxsus coğrafi adlar xəritələr, atlaslar və digər coğrafi vasitələrdə həmin xalqın dövlət dilində rəsmi qəbul edilmiş yazılış formasında qeyd edilir. Həmin üsuldan, əsasən o, dillərdə istifadə olunurki, (Latın Amerikası, Qərbi Avropa və Ərəb ölkələrində olduğu kimi) beş-on xalqın əlifbası eyni bir əlifba əsasında yaradılmış olsun. Coğrafi adların bu formada verilməsi o halda mümkündür ki, bir ölkə daxilində bir əlifbadan istifadə edilsin. Belə bir vəziyyətdə qüsurlu cəhət coğrafi adın ayrı-ayrı dillərdəki tələffüz forması namələm qalır. Çünki bu qrupa daxil olan xalqların əlifbası eyni olsa da, bəzi hərflərin ifadə etdiyi fonemlər müxtəlifdir. Deməli, bu üsulda bəzi səslər toponimin əsl forması ilə eyni olmaya da bilər.

2. Fonetik üsul. Fonetik üsulda başqa dildəki coğrafi adın ona yaxın bir səs uyğunluğu ilə verilməsidir. Məsələn, Atölon dərə, Ceyrançöl düzü, Ceyranbatan gölü və s. coğrafi adları rus dilində At elən dərə, Djeyran çöl dyuzyu, Djeyranbatan golu kimi yazılmalıdır. Yaxud da rus dilindəki xəritələrdə Çilevland, Neustadt, Brighton, Brisbane tipli Avropa dillərinə məxsus yaşayış məntəqəsi adları Klivlend, Noysştadt, Bristcn, Brayton yazılışlarında verilir. Doğrudur xəritəşünaslıqda bu üsuldan geniş istifadə olunur. Lakin bu üsulla həmişə hər şeyə-məqsədə müyəssər olmaq mümkün deyildir. Çünki bu və ya digər əlifba başqa dillərdəki bütün sözləri əks etdirmək iqtidarına malik deyil. Doğrudur, Sovet İttifaqında coğrafi adların ayrı-ayrı xalqların dillərindəki xəritə və atlaslarda verilməsində əsasən fonetik üsuldan istifadə edilirdi. Lakin bu üsulun da özünəməxsus qüsurlu cəhətləri vardır. Belə ki, yüzlərlə, minlərlə toponomin əsl tələffüz forması bizə məlum olmadığından onları əslinə uyğun şəkildə xəritə və atlaslarda verə bilmirik. Çünki bir əlifba başqa bir əlifbanın fonetik səslərini bütünlüklə əhatə edə bilmir. Bu prinsip bütün ölkələrin coğrafı adlarının verilməsinə tədbiq edilə bilmədiyinə görə transliterasiya üsulundan istifadə olunur.

3. Transliterasiya üsulu. Başqa dildə olan (əcnəbi) adları əslinə uyğıın şəkildə vermək üçün ana dilinin əlifbasındakı hərflərlə ona yaxın olan işarələr əlavə edilir. Daha doğrusu, əcnəbi adları əslinə müvafiq şəkildə vermək üçün əlifbaya başqa dilin əlifbasındakı hərflərə uyğun işarələr artırılır. Bunun köməyi ilə başqa dildəki adları xəritələrdə, atlaslarda əslinə yaxın şəkildo yazmaq olur. Məsələn, Azərbaycanda Ökü kəndi (Yardımlı rayonu)-rusca Okyu, Öyloqulu kəndi (Kürdəmir rayonu)-Oylyakulu, Heybət qəsəbəsi-Eybat, Hövsan qəsəbəsi-Qovsanı, Hirkan qoruğu-Qirkan, Hidzon körfəzi-Qudzon, Arizona çayı əvəzinə Arizon və s. yazılışda verilir. Belə hallarda toponimləri yaradan xalqın dilindəki tələffüz forması yox, o dildəki coğrafi ədəbiyyatlarda və xəritələrdəki forması əsas götürülür.

4. Ənənəvi (şərti) üsul. Bu üsul dildə möhkəm yer tutmuş, lakin heç bir vahid prinsipə əsaslanmır. Ənənəvi üsulda hər hansı bir coğrafi ad əsrlər boyu bir şəkildə həkk olunub qalır və elə də yazılır. Məsələn, çinlilər öz ölkəsinə Çjunqo dedikləri halda, ruslar Kitay, bütün türk xalqları ona Xitay, Şimali Amerika və bəzi Avropa xalqları Çayna, iranlılar və Cənubi Qafqaz xalqları isə o cümlədən də azərbaycanlılar Çin deyir. Azərbaycanlılar Almaniya, ruslar Qermaniya, almanlar isə öz ölkələrinə Deustschland deyir; biz Macarıstan,Venqriya, macarlar isə öz ölkəlorinə Hunqari, biz Gürcüstan, ruslar Qruziya, gürcülər isə öz ölkəsinə Kartvelos deyirlər və s.

5. Tərcümə (kalka) üsulu. Tələflüzü çətinlik törədən bir neçə sözün birləşməsindən yaranmış coğrafi adların bəzən hərfi tərcüməsi verilir ki, buna da kalka üsulu deyilir. Bu üsul bir dilə mənsub adların başqa bir dilə hərfi tərcüməsini nəzərdə tutur. Daha doğrusu, başqa dillərdə olan coğrafı adların hərfi tərcüməsi (kalka) variantına verilməsidir. Məsələn, İspan, Fierra, de - fueqo - nu rus dilində Oqnennaya Zemlya, azərbaycan dilinə Odlu torpaq adaları ingiliscə ABŞ-Yunaytey State of Amerika, azərbaycan dilində Amerika Birləşmiş Ştatları kimi tərcümə olunur. Erməni işğalçıları 19-cu əsrdə Yuxarı Qarabağ ərazisınə köçüb gəldikdən sonra Dağlıq Qarabağda bəzi toponimləri hərfi tərcümə edərək erməni dilində verməyə nail olmuşlar. Qarabağ bölgəsində mövcud olan Ağkənd kənd adı ermənicə tərcümə olunaraq Spitakşen (ermənicə Spitak-ağ, şen-kənd), Qırmızıkənd-Qarmırğuğ (qarmir ermənicə qırmızı - ğuğ isə kənd, yaşayış yeri), Ağdərə rayonu - Mardakert və sair. yazılışlarda xəritə və atlaslarda yazılmışdır.

Azərbaycanda Puşkin (indiki Biləsuvar), Leninqrad (Sankt-Peterburq) yaxınhğında Puşkin, Moskva ətrafında isə Puşkino adlı şəhərlər var. İlk baxışda hər üç sözün kökündə puşka (top) sözü durur. Əslində isə bunlar müxtəlif mənşəli sözlərdir. Sankt-Peterburqdakı belə yaşayış məntəqəsi burada təhsil almış məşhur rus şairi A.S.Puşkinin şərəfinə sonralar Puşkin adlandırılmışdır. Moskva yaxınlığındakı Puşkino şəhəri isə XVI əsrdə yaşamış və A.S.Puşkinin əcdadlarından sayılan Puşka adlı boyarın ləqəbini əks etdirir. Moskvadakı Puşeçnaya küçəsinin adı isə XVII əsrdə orada mövcud olmuş top arsenalı ilə bağlıdır. Azərbaycandakı ildə Biləsuvar rayonunda salınmış Puşkin şəhəri 1905-ci A.S.Puşkinin xatirəsini əbədiləşdirmək məqsədilə yaranmışdır.

Mənasının şərhi mümkün olan coğrafi adlar mənası aydın olan (şəffaf) toponimlərdir. Azərbaycandaki toponimlərin 9 faizə qədəri, bəlkə də çoxu bu qəbildən olan coğrafi adlardır. Məsələn, Ağqaya, Qöytəpə, Qırxbulaq, Beştəpə, Üctəpə, Qırxbulaq, Maralgöl, Çılpaqtəpə, Göygöl, Qaragöl, Ağsu, Əlikənd, Qarabulaq, Qarasu, Göyçay, Bozdağ, Yeddiqaya, Daşkəsən, Şahdağ və i.a.

Mənası məlum olmayan coğrafi adlar o toponimlordir ki, biz onların mənsub olduğu dili və mənasını bilmir (qeyri-şəffaf). Məsələn, Kiş kəndi, Ləngan kəndi, Simada kəndi, Şinçayı, Araz çayı və s. bu qəbildən olan toponimlərdir.

Mənası məlum olan toponimlərə görkəmli dövlət xadimləri, yazıçı və şairlərin xatirəsini əbədiləşdirmək məqsədilə meydana gələn coğrafi adlar daxildir: Rəsulzadə qəsəbəsi. Xanlar şəhəri, Gəncə şəhəri, Cəlilabad şəhəri, Cavadxan qəsəbəsi, Sabirabad şəhəri, Nərimankənd qəsəbəsi, Cəlilkənd, Cavidabad qəsəbəsi, Yenikənd kəndi, Şənhəyat kəndi və s.

Mənası naməlum toponimlərə (qeyri-şəfaf) daxil olan coğrafi adların bəzilərinin hansı dilə mənsub olduğunu müəyyən etmək çətindir. Bu, əlbətdə, heç də o, demək deyildir ki, onlar həmişə elm aləminə naməlum olaraq qalacaqdır. Məsələ burasındadır ki, ölü dillərin hamısı dilçilik elminə məlum deyildir. Məlum olan ölü dillərin də bir çoxu hələ kifayət qədər tədqiq olunmamışdır. Bu sahədə tədqiqatlar genişləndikcə və hələ formalaşmaq mərhələsi keçirən toponimika elmi inkişaf etdikcə “mənası naməlum” toponimlorin sayı da azalacaqdır. Bu əhəmiyyətli işdə toponimikaya coğrafıya, tarix və dilçilik elmlərinin nailiyyətləri kömək edəcəkdir.

Hər hansı bir dilin ən qədim ünsürləri paleotoponimlərdə qorunulur. Belə ki, dildəki başqa sözlərə nisbətən toponimik adlar çox gec-gec dəyişiklikliyə uğrayır. Çox zaman belə toponimlərin mənası muasir dil baxımından izah olunur. Məsələn, «keçid» sözünün sinonimi geniş ağız sözü indi əsasən hər hansı bir canlının ağzı və yaxud iti alətlərin ağzı kimi başa düşülür. Halbuki, Sarıağız, Ağzıbir kimi toponimlərdə o, keçid mənasında işlənir. Şahsevən sözünü şahı sevən, şaha rəğbət bəsləyən kimi başa düşmək olar. Halbuki, bu Muğanda yaşamış türk qəbiləsinin adıdır. Qax toponimi qurudulmuş, meyvə qurusu, qax kimi izah edilir, halbuki, bu ad ən qədim Qafqax qəbilələrindən birinin adıdır. Deməli, toponomik adları tədqiq etməklə biz həm də bu və ya digər ərazidə yaşamış xalqın tarixini, dilinin tarixini tədqiq etmiş olarıq. Toponomik adları tədqiq etməklə biz bu və ya digər ölü xalqın vaxtilə yaşadığı ərazini dəqiq müəyyənləşdirə bilərik.

Məlum olduğu kimi, coğrafı adın ilkin yazılış forması və yaxud onun ən qədim mənbələrdəki müxtəlif yazılışları zaman keçdikcə dəyişilir. Bu dəyişikliklər forma etibarilə rəngarəng olur. Belə coğrafi adlardan bəhs edən S.B.Veselovski yazır: «Adlar əksər hallarda ilkin yazılış formasında bizə gəlib çatır. Onlar nəzərə çarpan dərəcədə dəyişikliy uğrayır, istifadə etdiyimiz yazılı mənbələrdə çox zaman təhrif olunmuş şəkildə qeyd edilirlər. Buna görə də bu və ya digər coğrafi adın tədqiqinə başlamazdan əvvəl, onun muasir formasına, strukturuna və semantikasma tənqidi yanaşmaq, həmin adın mənşəyini, ilkin formasını aşkar etmək lazımdır».

Nəzərə almaq lazımdır ki, mənşəcə daha qədim qalalar daha çox təhrif olunmuş şəkildə bizə gəlib çatır. Ona görə də belə adlarda transformasiya baş verir. Toponomik terminin transformasiyaya uğramasının müxtəlif səbəbləri ola bilər. Məsələn, dilin inkişafi ilə əlaqədar olaraq onun özünə məxsus (kök) sözdə fonetik və semantik dəyişikliklər baş verə bilər. Müasir rus dili qədim slavyan dilindən müəyyən dərəcədə fərqləndiyi üçün qədim rus şəhərlərinin adının müasir forması da ilkin formadan müəyyən dərəcədə fərqlənir.

Coğrafi adda baş verən əsas dəyişiklik fonetik dəyişiklikdir. V.A.Nikonov demişkən, bu fonetik dəyişikliklər ayrı-ayrılıqda cüzidirlər lakin onlar saysız-hesabsız olduğundan toponomik adlara qarşı amansızdırlar. Bəzən elə olur ki, toponomiki adın ilkin fonetik quruluşu köklü şəkildə dəyişilir, bu isə öz növbəsində həmin adın semantikasına təsir edir. Məsələn müasir «Genel dağ»ın toponimik adı «gen» və «dağ» sözlərindən yarandığım ehtimal etmək olar, halbuki, onun birinci komponenti «Günəl» adlı şəxsin adı ilə bağlıdır. Birinci hecadakı «ü», ikinci hecadakı «ə»-nin təsirilə assimilyasiyaya uğrayaraq «e» səsinə keçmişdir.

Həmçinin «Arıqlı» oykonomini müasir Azərbaycan dili baxımından «arıq» və «lı» şəkilçisi kimi izah edə bilərik. Halbuki sözün kökü arx sözünün qədim türk forması olan «arıq» (su arxı, kanal) sözüdür. Bu sözə biz V-VI əsr mənbələrində rast gəldiyimiz üçün, cürətlə deyə bilərik ki, Azərbaycan dilində təqribən III-IV əsrlərdən mövcuddur. Sonralar onu «arx» sözü sıxışdırıb aradan çıxarmışdır.

Başqa dillərdən alınan toponomik terminlər daha çox dəyişikliyə uğrayır, onun ilkin forması bəzən tanınmaz dərəcədə dəyişilir. Məsələn, təxminən IX-X əsrlərdən Gürcüstanda mövcud olan qədim su kanalına gürcülər Arxuli deyirlər. Bu sözün mənası gürcülərə məlum olmadığı kimi, müasir azərbaycanlı üçün də qaranlıqdır. Halbuki, bu coğrafi ad «arx» və «ulu» topokomponentlərindən olub, «qədim arx» mənasındadır. Rəvayətə görə, bir müddət keçdikdən sonra bir qrup insan həmin arxın kənarında məskən salmışdır. Çox güman ki, bu arx VI əsrin 70-ci illərindən Gürcüstan ərazisində məskən salmış türkdilli savirlərə məxsusdur. Bundan əlavə, başqa dillərdəki toponomik adları əmələ gətirən bütiin səslər onıı alan xalqın dilində olmadığından, həmin səslər dil məxrəcinə görə ona yaxın olan səslərlə əvəz cdilir. Bu isə sözün ilk fonetik strukturunu köklü sürətdə dəyişdirir. Məsələn, XI əsr gürcü mənbəyi «Mateane Kartlisay» (Gürcüstan salnaməsi) xəbər verir ki, indiki Balakən və Zaqatala rayonlarının sərhədlərindən axan çaya udinlər «Map/i xe» (Ağsu) deyirlər. Gürcülər həmin çaya «Map/ ispkcami» (Ağsu) deyirlər. Çünki gürcü dilində də «pk» affrikatı var, Azərbaycan dilində də buna oxşar səs olmadığından «pk» affrikatı «z» spirantı ilə əvəz edilir və Map/i «Mazı (m)» kimi tələflüz olunur. Söhbət Azərbaycan xəritələrində Mazım çay (indiki Filizçay) kimi qeyd olunan hidronimdon gedir.

Fonetik dəyişiklik nəticəsində qədim Roma Langester toponimini ingilislər Lankaşir, qədim halla Burunqalanı fransızlar Bordo şəklində işlədirlər.

Substrat xarakterli toponimlor daha çox transformasiyaya uğrayırlar. Bunlar müəyyən ərazidə yaşamış qədim xalqm və yaxud xalqların dilindən həmin əraziyə sonra, köçüb gəlmiş xalqın dilinə keçib qalan toponimik adlardır. Substrat xarakterli toponimo dünyanın demək olar ki, bütün ölkələrində o, cümlədən Azərbaycanda da təsadüf olunur. Substrat xarakterli toponimin mənası həmin ərazinin yeni sakinlərinə məlum olmadıqda, onlar bunu müxtəlif şəkildə mənimsəyirlər və ona xarakterinə uyğun ad verirlər. Məsələn, Zaqatala rayonunun ərazisindən axan Kurmux (çox maraqlıdır ki, Kür çayının qədim yazılış variantlarından biri Kurmux olmuşdur-N.M.) çayın əsası udin dilindəki «Kür»-qobu, çay və mux-cəm hal şəkilçisindən ibarətdir. Azərbaycanlılar çay olduğunu nəzərə alaraq ona «çay» sözünü artırmışlar. Elbrus dağı bütün dünyada həmin adla məşhurdur, halbuki o, türk dilindəki halbuz sözünün, Qazbek isə Qazıbey sözlərinin təhrif olunmuş formalarıdır. Toponimik terminin sonuna şəkilçi və yaxud toponim düzəldən söz artırılır. Belə hala biz rus dilində daha çox təsadüf edirik. Məsələn, Qanlı toponimino no şəkilçisi qoşmaqla Kanqlino, Yaktıkul toponimino Yaktıkule-vo yazılışlarında və s. rast gəlinir.

Toponimik adlarda baş verən dəyişikliklərin başlıca səbəblərindən biri də onların adının ilk sənədlərdə yanlış yazılmasıdır: Türklər kəndində Tülkülü (Cəlilabad rayonu), Dəyəkənd-Dayıkənd (Salyan rayonu), Kürdabbaslı- Kürdəbazlı (Masallı rayonu), Mollavaizli-Mollavallı (Saatlı rayonu) və s. şəkillərində təsadüf edilir.

Toponimik adların ixtisarla yazılması nəticəsində və müxtəlif əlifbalardan istifadə edilməsi nəticəsində onun ilkin mənası dəyişilir. Məlum olduğu kimi, təkcə XX əsrdə Azərbaycanda dörd dəfə əlifba dəyişdirilınişdir.

Coğrafi adlarda baş verən dəyişikliklərdən morfoloji transformasiya daha çox diqqəti cəlb edir. Belə transformasiya nəticəsində sözün kökü tanınmaz dərəcədə dəyişir. Onun ilkin formasını çox zaman bərpa etmək olmur. Belə hala Azərbaycan ərazisindəki başqa dillərdə olan coğrafi adlarda rast gəlinir.

Coğrafi adlarda baş verən transformasiyanın on yüksək forması onların rəsmi yolla dəyişdirilməsidir. Rəsmi yolla əsasən yeni həyatla, yeni dövlət quruluşu ilə ayaqlaşmayan köhnəlmiş adlar dəyişdirilir. Belə adların bir qismi köhnə sənədlərdə öz əksini tapmış olur, tarixdə qalır, lakin həmin sənədlər məhv edildikdə bu adlar da tarix səhnəsindən həmişəlik çıxır. Bitdili kəndi-Yeniabad kəndi (Şəmkir rayonu), Qaryagin rayonu, şəhəri Füzuli şəhəri, rayonu (Füzuli rayonu), Keşlə rayonu-Nərimanov ravonu (Bakı şəhəri), Mirbəşir rayonu, şəhəri (Tərtər rayonu), Stepanakcrt şəhəri-Xankəndi və s.

Наши рекомендации