IV.2.4. Cadu, tilsim, ekstrassensorika

IV.2.4.1. CADUGəRLİYİN TARİXİ........................................ 102

IV.2.4.2. CADUGəRLİYİN NÖVLəRİ Və MEXANİZMİ......... 103

IV.2.4.2.1. Tilsim.................................................................... 104

IV.2.4.2.2. Hipnoz:.................................................................. 104

IV.2.4.2.3. Kontaktsız müalicə:............................................... 104

IV.2.4.2.4. Telekinez:.............................................................. 104

IV.2.4.2.5. Levitasiya:............................................................. 104

IV.2.4.2.7. Teleportasiya:........................................................ 105

IV.2.4.2.6. Sensitivistlik:......................................................... 105

Ошибка: источник перекрестной ссылки не найден. Ошибка: источник перекрестной ссылки не найден................... Ошибка: источник перекрестной ссылки не найден

IV.2.4.2.7. Teleportasiya:........................................................ 105

IV.2.4.2.8. Maddiləşmə-ərimə:................................................ 105

IV.2.4.2.9. Spiritizm:................................................................ 105

IV.2.4.2.10. Zombiləşdirmə:..................................................... 105

IV.2.4.2.11. Falçılıq (bəsirət, mantika, gələcəkgörmə).............. 106

IV.2.4.2.11.1. FALÇILIĞIN NÖVLəRİ BARəDə..................... 107

IV.2.4.2.11.1.1. Presmologiya (Vəhylə gələcəkgörmə)............. 108

IV.2.4.2.11.1.2. Astrologiya..................................................... 108

IV.2.4.2.11.1.3. Spekulyasiya.................................................. 110

IV.2.4.2.11.1.3. Nostradamus barədə....................................... 110

IV.2.4.3. SİRLİ BİLİKLəRİN MəNŞəYİ................................... 111

IV.2.4.3.1. İtmiş sivilizasiyalar barədə...................................... 112

IV.2.4.3.2. Yerdənkənar sivilizasiyalar barədə......................... 113

* * *

Cadu, tilsim və b. da təsirin növləri olduğu üçün burada onların mexanizmi, mahiyyəti və s. barədə də danışmağı məqsədəuyğun hesab edirik.

Elə ilk sətirlərdən qeyd etməyi vacib bilirik ki, bu hissədə yazılanlar əsasında bizim cadu və ona yaxın biliklərin həqiqiliyini qəbul və ya rədd etdiyimizi zənn etməməli. Biz burada bu məsələlərlə bağlı bir sıra faktları sadalayırıq. Onlar əsasında nəticə çıxarmaq hər kəsin öz işidir. Biz sadəcə, kitabın məzmununa uyğun olduğu üçün bu mövzudan bəhs etməyi, özü də məhz bu stildə bəhs etməyi məqsədəuyğun hesab edirik. Həqiqətdə bütün bunlar barədə bizim özümüzün bir başqa qənaətlərimiz var və burada onları açıqlamağa zərurət görmürük.

Beləliklə, okkult elmlər barədə bir sıra ümumi mülahizələr.

Dünyanın həddən artıq çox guşələri var ki, orada fizikanın, kimyanın nə olduğunu bilməyən insanlar var. Lakin dünyanın elə bir guşəsi və elə bir insanı yoxdur ki, orada cadugərliyin nə olduğunu bilməyən olmasın və orada hansısa mənadasa cadu elmi ilə məşğul olanlar olmasın. Afrikanın cənubunda onlara – «kuaren deyro», qərbində – «nqombo», mərkəzində – «menduk», Yava adalarında – «dikun», Qrenlandiyada – «anqanok», Peruda – «bruco», Rusiyada – «çarodey», «koldun», Uzaq Şərqdə – «yoq», «fakir», Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda – «cadugər» deyirlər. Hətta rəsmi elm də buna çox ciddi diqqət verir və bugünkü gündə cadugərliyin həddən artıq çox fenomenləri elm tərəfindən ciddi fakt kimi qəbul olunub, izah edilib. Onların həddən artıq çoxu elmə yeni baxış kimi daxil olub və elmin bir addım da irəliləməsinə kömək edib. Məsələn, bu gün artıq tam ciddi fakt kimi tanınan və dəqiq elmi izahı olan hipnoz, kontaktsız müalicə, telekinez, zombiləşdirmə və, ümumiyyətcə, bugünkü ekstrassensorikanın həddən artıq çox məqamları belələrindəndir ki, onlar ilk dəfə cadugərlikdə meydana çıxmış, sirləri yalnız cadu ilə məşğul olanlara məlum olmuş və yalnız çox sonralar elm bu sirlərə yiyələnə bilmişdir. Hətta bugünkü rəsmi elmdə bu kateqoriyadan olan fenomenləri öyrənən xüsusi rəsmi elm bölməsi də yaranıb – parapsixologiya. Amma hər halda, bu elmin də səviyyəsi hələlik cadugərlik fenomeninin tam köklərinə gedib çıxmaqdan çox uzaqdır. Biz aşağıda bu kateqoriyadan da bizə məlum olan bir sıra sirləri ümumi formada izah edirik.

İlk əvvəl problemin tarixi ilə əlaqədar bəzi qeydlər:

IV.2.4.1. CADUGəRLİYİN TARİXİ

Cadugərliyin kökləri ta ibtidai icma quruluşuna gedib çıxır. Belə ki, bu dövrdə insanların məntiqi təfəkkürü hələ yaxşı inkişaf etmədiyindən onun hissi təfəkkürü, sensitivist qabiliyyətləri tam gücü ilə öz funksiyasını saxlayırdı. İsveç (Draqenlox), Avstriya (Vilendorf), Moraviya (Vestonis), İtaliya (Savinyan), Fransa (Lespuç), Rusiya (Sibir) və s. ərazilərində aparılan arxeoloji araşdırmalar da, o dövrlərdə cadu biliklərinin mövcud olması faktını təsdiqləyib. Belə ki, buralarda insanların müəyyən mistik rituallar, ayinlər icra etdiyinə dair 60-70 min il bundan əvvəlki dövrlərə aid təsvirlər tapılıb.

Y.e.ə. XX-X əsrlər Yer üzündə okkult biliklərin (cadugərliyin) öz apogeya həddinə çatdığı dövrdür. Belə ki, bu mərhələ Yer tarixində ən çox fəlakət, dağıntı mərhələsi kimi məlumdur. Eyni zamanda, bu dövrdən indiki zəmanəyə bir sıra elmi biliklər gəlib çatıbdı ki, onların bir çoxu indiki bilikləri üstələyir (bu barədə aşağıda danışılacaq). Güman edilir ki, bu dağıntıları insanlar okkult qabiliyyətləri ilə, biri-biri ilə mübarizə zamanı törədiblər. Yeni eradan əvvəl XII-X əsrlərdəki qlobal dağıntılar bu sivilizasiyanı öz bilikləri ilə birlikdə Yer üzündən silib (həmin dövrdə real olaraq baş vermiş bu dağıntıları, eləcə də, məşhur Atlantida sivilizasiyasının dağılmasını, bir çoxları məhz cadugərlərin müharibəsinin qurbanı hesab edirlər).

Cadugərliyin oyanışının yeni mərhələsi artıq öz başlanğıcını daş dövründən (y.e.ə. V-III əsr) götürür. Belə ki, məhz bu mərhələdən etibarən okkult elmlər bir epidemiya kimi uzaq Hindistandan Avropaya kimi bir ərazini başına götürür. Yaxın Şərqdə – magiyanın, zərdüştçülüyün, Avropada – orfeizmin, elevsizmin, esseizmin, Hindistanda – yoqa təliminin və b. meydana çıxması məhz bu dövrlə əlaqədardır. Bunların bəziləri barədə müxtəsər informasiya veririk:

Magiya öz mənşəyini indiki İran Azərbaycanının ərazisində yaşamış Maq adlı bir tayfadan götürür. Onun barədə məlumat verən yeganə mənbə Herodotun «tarix» əsəridir ki, burada onların y.e.ə. VII əsrdə yaşadıqları və qəribə dinə malik olduqları göstərilir. Fars imperiyasının banisi Kirin (e.ə. 529-cu ildə Azərbaycana qarşı müharibədə öldürülüb) dövründə magiya İranın rəsmi dini elan edilir. Burada həmçinin Maqların misirlilərlə birlikdə yüksək astronomik, riyazi, mistik biliklərə malik olduqları göstərilir. Lakin onlar əsas bilikləri gizli saxlayıb, nəsildən-nəslə ötürdüyündən bu barədəki bilikləri də özləri ilə birlikdə qəbrə apardılar. ələlxüsus da, bu dinlə qan qohumu olan zərdüştçülüyə, atəşpərəstliyə qarşı sonradan bütün dinlər tərəfindən «səlib yürüşü» elan edildikdən sonra.

«Yoqa»: Həmin mərhələ Hindistanda «yoqa» mistik təliminin meydana gəlməsi dövrü kimi məlumdur. «Yoqa» sözü öz mənşəyini sanskrit dilindəki «yuq» sözündən götürür ki, o da tərcümədə «birləşmə», «qovuşma», «tövhid» mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) «Yoqa sutra» əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini oxumağı və s. bacarırlar (bu barədə bir qədər sonra danışılacaq). Yoqa təlimi bugünkü elmə təsir etmiş ən güclü mistik cərəyandır və bugünkü alimlər mistikanı, fövqəltəbii qabiliyyətləri analiz etmək üçün ən çox hind yoqları üzərində təcrübə, müşahidə aparırlar. Demək olar ki, fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir.

Orfeizm, elevsizm, esseizm: Eyni zamanda, həmin ərəfədə mistika bir epidemiya kimi qədim Yunanıstanı da başına götürür. Həmin mərhələ Yunanıstanda esseizm (yəhudi mənşəlidir), orfeizm, elevsizm, və s. kimi mistik cərəyanların yarandığı dövrdür. Bunlardan orfeizm xüsusi yerə malikdir. Belə ki, sonradan onun təsiri altında pifaqorçuluq, masonçuluq, qnostisizm və s. kimi mistik cərəyanlar meydana çıxdı.

Pifaqorçuluğun banisi qədim yunan filosofu, riyaziyyatçısı Pifaqor (e.ə. VI-V əsr) hesab edilir. Pifaqorun öz gəncliyində Yaxın Şərqə, Hindistana və s. səfər etdiyi, İranla müharibədə əsir düşüb, buraların xalqlarından yüksək biliklər alıb öz vətəninə qayıtdığı məlumdur. Eyni zamanda, Pifaqorun mistikanı da şərqdən əxz etdiyi mübahisəsiz qəbul edilən faktlardandır. Onun ardıcıllarından ən məşhuru Tianalı Apolloniyadır ki, onun gələcəksöyləmələri, ölmüş zadəgan qızı həyata qaytarması və s. barədə tarixdə bir sıra sənədlər qalıb.

Masonçuluq öz mənşəyini qədim Misir peyğəmbərləri İliya və Enohun (bu sonuncu Avropada Böyük Kopt kimi tanınır) təlimlərindən götürür ki, XIX əsrdə İngiltərədə bu cərəyan hətta hakimiyyəti ələ keçirmək səviyyəsinə qədər güclənmişdi. Bu cərəyanın məşhur cadugər Kaliostro kimi nümayəndələri olub.

Yeni Eranın əvvəllərində meydana çıxmış digər güclü mistik cərəyan – qnostiklikdir. Onun meydana çıxması aşağıdakı tarixçə ilə əlaqədardır:

Yeni eranın başlanğıcında meydana çıxan xaçpərəstlik dini ilk günündən magiyaya, okkult elmlərə qarşı barışmaz mövqe tutur. İmperator Feodosinin əmri ilə İsgəndəriyyə keşişinin məşhur «İsgəndəriyyə kitabxanası»nı yandırması (391-ci il) da, məhz bu səbəbdən baş verdi. Belə ki, bu dinə əleyh olanları «cadu» kimi güclü silahdan (eləcə də, digər biliklərdən) məhrum etmək üçün onları bu biliklərin mənbəyindən ayırmaq yeganə yol idi. Tarixdən məlum olduğuna görə, şəhər hamamı 6 ay bu kitabxananın kitabları ilə qızdırılıb.

Bu mərhələdən etibarən okkultizm, həqiqətən də, bir elm kimi tənəzzülə uğramağa başladı və İsgəndəriyyə kitabxanası ilə birlikdə bəşəriyyətin min-min il ərzində damla-damla topladığı biliklər də puça getdi.

O vaxtdan başlayaraq xaçpərəstliyin əleyhdarları vahid cəbhədə birləşməyə, itirilmiş tarixlərini, elmlərini, qüvvələrini bərpa etməyə başladılar. Buraya bir tərəfdən yəhudilər, digər tərəfdən müxtəlif mistik təriqət nümayəndələri daxil idilər. Bu sonuncuların içərisində «qnostiklər» deyilən mistik təriqət xüsusilə məşhur idi (əsasını maq Simon qoyub). Məhz qnostiklər itirilmiş okkult bilikləri bərpa etməyi qarşılarına məqsəd qoydular və bugünkü dünyanın ən mistik kitabı və ya təlimi olan məşhur «Kabbala» bu intriqaların nəticəsi kimi meydana çıxdı.

«Kabbala» mistik təlimi iki hissədən: «Quruluş Kitabı»ndan («Səfər İtzirah»dan) və «Mövcudluq Kitabı»ndan («Zöhər»dən) ibarətdir.

Bu ikinci kitab birincinin şərhi kimi XIII əsrdə (1275) Aramaikalı (İspaniya) kabbalist Mozes de Lion tərəfindən yazılıb. Birincinin yazılma tarixi isə ondan min il əvvələ – yeni eranın başlanğıcına gedib çıxır. Kitab başdan-başa izahı indiyə qədər də tapılmayan simvolik dildə yazılıb. Sonradan onun şərhi üçün onlarla kitab yazılsa da, «Kabbala»nın həqiqi məzmunu bugünəcən açılmayıb. Həyat və kainat barədə qədim müdriklərin biliklərinin simvolik ifadəsi, sistemləşdirilməsi hesab edilir. Deyilənlərə görə, onun müəllifləri kitabın yazılması üçün bu üslubu məhz ona görə seçdilər ki, onun məzmunu onların düşmənləri (o cümlədən, xaçpərəstlər) üçün həmişə qaranlıq qalsın. Kabbala sistemi orta əsr, eləcə də, bugünkü dövr alimlərinə, filosoflarına, rəsmi fəlsəfəsinə təsir göstərmiş ən güclü mistik təlimlərdəndir.

Sufizm: İslam ölkələrinin ən güclü mistik təlimi sufizm hesab edilir. Sufizm öz mənşəyini İran maqlarının, türk şamanlarının və Hindistan yoqlarının təlimlərindən götürür.

Yuxarıda qədim Misir kahinlərinin, Sibir şamanlarının və b. cadu təlimindən danışılmadı. əslində bu təlimlərin tarixi yuxarıda sadalanan tarixdən daha qaranlıq, daha qədimdir. Biz yalnız ümumi təsəvvür yaratmaq məqsədilə bu barədə müxtəsər nə isə danışmağı vacib bildik.

Yeni eranın başlanması ilə çox qısa bir vaxt ərzində okkultizm sivilizasiyası din sivilizasiyası ilə, daha sonra isə rasional elm sivilizasiyası ilə əvəz olundu. Bu biliklərin getdikcə unudulmasında, ələlxüsus, dünyanın aparıcı hər üç dini tərəfindən okkult biliklər üzərində senzor qadağası qoyulması əlahiddə rol oynadı. Tək-tək adamlar onların bir qismini gizli saxlayıb nəsildən-nəslə ötürməklə yaşatsalar da, onlar da, hansısa mərhələdə inkvizisiyanın əlinə keçib, sahibiqarışıq məhv edildi.

Bununla belə, hər üç dinin təsir dairəsindən kənarda olduğuna görə, yaxud bir başqa səbəbə görə, bir sıra qədim cadu növləri indiyə qədər də, yaşayıb gəldi, baxmayaraq ki, bunların itmiş növlərlə müqayisədə çox bəsit olduğu həmişə etiraf edilib. Bunlardan nisbətən məşhur olanları barədə bu fəsildə yeri gəldikcə ümumi söhbət açılır.

Haşiyə kimi bir şeyi qeyd edək ki, okkult elmlərin, cadugərliyin inkişafı həmişə təqribən Yaxın Şərqlə əlaqədar olub. O cümlədən, təsadüfi deyil ki, hər üç dinin – yəhudilik, xaçpərəstlik və islamın peyğəmbəri, eləcə də, yüzlərlə digər aznüfuzlu peyğəmbər – Süleyman, Davud, Yaqub, Yusif və b. məhz bu ərazilərdə dünyaya gəlmişdilər.

IV.2.4.2. CADUGəRLİYİN NÖVLəRİ Və MEXANİZMİ

İndi isə problemin özü barədə.

«Cadugərlik» sözü özlüyündə mücərrəd bir anlayışdır. Bu ad altında onlarla, və bəlkə də yüzlərlə bir-birindən fərqlənən fenomenal hal və qabiliyyətlər nəzərdə tutulur. Bunların bir qismi təqribən aşağıdakılardır:

1) Tilsim;

2) Hipnoz;

3) Sensitivistlik;

4) Telepatiya;

5) Kontaktsız müalicə;

6) Falçılıq (mantika, gələcəkgörmə);

7) Levitasiya;

8) Telekinez;

9) Teleportasiya;

10) Maddiləşmə-ərimə;

11) Spiritizm;

Və s.

Aşağıda bunların hər biri barədə müxtəsər söhbət açılır:

IV.2.4.2.1. Tilsim

Hind kahinlərinin müxtəlif cadularla məşhur Sultan Mahmud Qəznəvini tilsimə saldıqları tarixdən məlumdur. Tilsimin nəticəsində düçar olduğu naməlum xəstəlikdən uzun müddət müalicə tapa bilməyən Sultan Mahmud, nəhayət, müdriklərin məsləhətinə əsasən, yalandan hər tərəfə car çəkdirir ki, guya, Sultan artıq sağalıb. Bundan sonra çaş-baş düşən kahinlər öz bütlərinə şübhə etməyə başlayırlar və qurduqları tilsimin qüvvəsinə olan inamları itir. Bununla da tilsim qırılır ki, ondan sonra sağalıb ayağa duran Sultan Mahmud maneəsiz Hindistanı zəbt edir.

Yaxud Makedoniyalı İsgəndərin də tilsim qurbanı olduğu tarixdən məlumdur. Belə ki, Hindistanı zəbt edən İsgəndər buranın kahinləri tərəfindən yaxşı qarşılanır və onlar İsgəndərin şahlığını da qəbul etməyə hazır olduqlarını bildirirlər. Lakin... bir şərtlə: İsgəndər şahlıq taxtına çıxarkən min ildən bəri müqəddəs məbəddə saxlanılan qədim bir tacı başına qoymalıdır. İnama görə bu tac tilsimlidir və Hindistan taxt-tacına sahib olan hər kim müqəddəs bütlərin ürəyincə olmasa o, bu tilsimli tacı başına qoyan kimi dərhal ölməlidir. Özünün ilahi mənşəyinə inanan, yaxud da ki, kahinlərin söylədikləri bu moizələri cəfəng hesab edən İsgəndər şərtlə razılaşır və aydın bir gündə, şəhər meydanlarının birində tacqoyma mərasimi keçirir. Həmin bu tacı kahinin əlindən alıb başına qoyur, və... ölməyib sağ qalır. Kahinin, və onun ardınca da, əhalinin dilindən qopan alqış sədaları altında İsgəndər tacı çıxarıb müqəddəs məbədə qaytarır, özü isə gülərüzlə meydanı tərk edir. Bundan bir neçə gün sonra başından başlayan güclü ağrılar İsgəndəri yatağa salır və daha bir neçə gün sonra artıq 33 yaşlı gənc İsgəndər dünyasını dəyişir.

Burada bir neçə məqam var. Bu birinci halda – söhbət hansısa inamın gücündən gedirsə, ikinci haldakı cadu – elmi izaha malikdir. Belə ki, buradakı tac tilsimli olmayıb, hind alimlərinin, kahinlərinin öz ölkələrini yadellilərdən xilas etmək üçün düşünüb yaratdıqları silah idi. Belə ki, həmin tacın üzərinə Günəş işığını beynin konkret nöqtələrinə fokuslayan yaqut dənələri düzülübmüş ki, yaqutun da, Günəş işığını birə min gücləndirdiyi lazer fizikasından məlumdur (fizikada yaqut optik kondensator kimi istifadə olunur və ilk lazer silahları məhz yaqut üzərində qurulmuşdu. Hal-hazırda da lazerlərin bir çox növləri hələ də yaqut üzərində qurulur). Nəticədə, İsgəndərin beyin toxumaları zədələndi və beyninə qan sızdı.

İndi isə, cadugərliyin digər növləri barədə:

IV.2.4.2.2. Hipnoz:

Termin məşhur olduğundan izahına əlavə vaxt sərf olunmur.

IV.2.4.2.3. Kontaktsız müalicə:

Bioenerji vasitəsilə müalicədən söhbət gedir. Məşhur ekstrassenslərdən olan Cuna Davitaşvilinin (Yevgeniya Yuvaşevnanın), A.Kaşpirovskinin, A.Çumakın və b. qabiliyyəti ayrı-ayrı vaxtlarda ABŞ laboratoriyalarında da yoxlanılıb və təsdiqlənib, fenomenin reallığı rəsmi şəkildə qəbul edilib;

IV.2.4.2.4. Telekinez:

Heç bir kontakt olmadan uzaqdan-uzağa predmetlərə təsir göstərmək qabiliyyətidir. Bugünkü gündə bu sahədə Uri Geller, V.Avdeyev, N.S.Kulaqina və b.-nın adı xüsusilə məşhurdur. İngiltərəli U.Gellerin qabiliyyəti dünyanın bir sıra ölkələrinin laboratoriyalarında araşdırılıb, müxtəlif ağır predmetləri baxışının gücü ilə hərəkət etdirməsi beynəlxalq telekanallarla nümayiş etdirilib. SSRİ-də bənzər effektlər marksizm-leninizmlə ziddiyyət təşkil etdiyindən şarlatanlıq, fırıldaqçılıq kimi qəbul edilərək, bu tipli effektlər, qabiliyyətlər üzərində alimlərin tədqiqat aparmasına, məqalə çap etdirməsinə imkan verilməmiş, əksinə, bu cür qabiliyyəti olan şəxslərin əleyhinə mütəmadi məqalələr dərc etdirilmişdi.

n Bu cür hücum obyektlərindən biri, o vaxt nisbətən az tanınan Ninel Sergeyevna Kulaqina adlı fenomenal qabiliyyətli bir qadın idi. Onun qabiliyyətini şübhə altına alan, onu şarlatanlıqda ittiham edən bu cür məqalələrdən ikisi («İnsan və qanun» jurnalı, N9/1986, N6/1987) ilə əlaqədar Kulaqina 1988-ci ildə məhkəməyə müraciət etmiş və SSRİ kimi bu tip məsələlərə qarşı qatı skeptik olan bir ölkənin məhkəməsini udmuşdu. Belə ki, o, məhkəmənin göndərişi ilə təşkil olunmuş 900 elmi personaldan ibarət rəsmi ekspertizada baxışının gücü ilə şüşə altında qoyulmuş çarxı fırlanmağa, 553 qr. ağırlığında şüşə qrafini hərəkət etməyə məcbur etmişdi. Nəticədə, elmi dairələrin rəsmi qənaəti əsasında məhkəmə onun qabiliyyətinin hələ elmə məlum olmayan effekt olduğunu rəsmi şəkildə təsdiqləmişdi;

n Bu kateqoriyadan daha bir şəxs – V.İqnatenkodur. O, telekinezə bənzər qabiliyyət olan «astral karate» fenomeni ilə məşhurdur. Belə ki, heç bir kontakt olmadan uzaqdan-uzağa insanlara zərbə endirə bilir;

IV.2.4.2.5. Levitasiya:

Nisbətən az tanınan termindir. əsasən Hind yoqları arasında geniş yayılıb. Burada insanın öz iradə gücü hesabına insanın Yerin cazibə qüvvəsinə əleyh gedib, havaya qalxa bilməsindən (uça bilməsindən) söhbət gedir. Bu sahədə ən məşhur şəxs Şotlandiyalı Daniel Duqlas Yum (Houm) hesab edilir. Onun havada uçmaq seanslarında bir çox məşhur şəxslərlə yanaşı III Napoleon, ekspert sifətində fizik Uilyam Kruksla birlikdə şəxsən iştirak edib və burada heç bir fırıldaq olmadığını etiraf ediblər;

IV.2.4.2.6. Sensitivistlik:

Hiperhissiyyatlılıq deməkdir. Bugünkü gündə bu sahədə A.Kuleşovanın adı xüsusilə məşhurdur. O, bağlı konverti bədəninin istənilən hissəsinə toxundurmaqla oxuya bilir;

IV.2.4.2.7. Teleportasiya:

İnsanın bir yerdən itib, digər yerdə peyda olmasıdır. Nəzəri izah baxımından fenomen belə izah edilir ki, məkanda müəyyən boşluq, və ya «tunellər» mövcuddur, və ya insan həmin an 4-cü ölçü sisteminə keçərək məkanın bir başqa nöqtəsinə ani transfer oluna bilir. Bu qabiliyyətlə əlaqədar tarixdə müqəddəs Yevstratinin, Pifaqorun ardıcılı Tianalı Apolloninin və b. adı məşhurdur. Aşağıda izah olunacaq «Filadelfiya eksperimenti» də bunun növmüxtəlifliyidir;

IV.2.4.2.8. Maddiləşmə-ərimə:

İnsanın və ya hansısa predmetin hamının gözü qarşısında qəfildən qeybə çəkilməsidir. Tarixdə bununla bağlı nisbətən mötəbər görünən bir sıra faktlar var. 20-ci əsrdə bu kateqoriyadan nisbətən məşhur olan fakt məşhur «Filadelfiya eksperimenti»dir. Burada, 1947-ci ildə ABŞ-ın Filadelfiya ştatının hərbi bazalarından birində aparılan bu eksperiment zamanı, güclü sahə generatorlarının təsiri ilə bütöv təcrübə gəmisinin öz ekipajı ilə birlikdə havada əriyib qeybə çəkilməsi, yalnız dalğanın təsiri kəsildikdən sonra görünməsi, digər vaxt isə gəminin qeyb olub, ümumiyyətcə, buradan çox uzaqlıqda yerləşən Norfolk limanında peyda olması barədə söhbət gedir. Bəziləri məşhur «Bermud üçbucağı»nda da gəmi və təyyarələrin qeybə çəkilməsi ilə əlaqədar gəzən söz-söhbətləri də, məhz orada bu tipli şüaların mövcud olması ilə əlaqələndirirlər. Lakin sonradan ABŞ hökuməti hərbi maraqlardanmı, həqiqi olaraqmı, yoxsa bir başqa səbəblərdənmi irəli gələrək, həmin vaxt həmin yerdə həmin eksperimentin keçirilməsini etiraf etmədi və buna görə də, «Filadelfiya eksperimenti» məsələsi bir qədər az mötəbər fakt kimi yadda qaldı;

IV.2.4.2.9. Spiritizm:

Müxtəlif vasitələrlə ölmüş adamların ruhunu və ya cin və şeytanları çağırmaq və onlarla kontakta girmək ayinidir. Bu ayinin icraçılarına əsasən mediumlar deyilir. Bu sahədə də, ən məşhur fiqur, yenə də yuxarıda adı çəkilən Daniel Duqlas Yumdur.

IV.2.4.2.10. Zombiləşdirmə:

«Zombi» sözü dünyaya uzaq Haiti adalarından yayılmağa başlayıb və bu dildə o, təxminən «canlı meyit» mənasını verir. Buranın özündə isə «zombiləşdirmə əməliyyatı» ilə əsasən, Daqomeya (indiki Benin) şəhərindən çıxmış zəncilərin əcdadları – vudu ayininin icraçıları məşğul olurdular. Hazırda dünyanın müxtəlif xalqları arasında, o cümlədən, Avstraliya aborigenləri, Asiya türkləri və b. arasında da, «zombiləşdirmə» əməliyyatının müxtəlif formalarının tarixən mövcud olduğu məlumdur («zombi» sözünün türk qarşılığı: «manqurt»).

Qədim dövrlərdə insanların zombilərə çevrilməsi ilə, əsasən, cadugərlər məşğul olurdular. Bu, onların qüdrətinə inam yaratmaqdan əlavə, həm də, cəmiyyətdə onların yüksək statusunu təmin edirdi, əhali arasında müəyyən qorxu toxumu səpirdi. Sonradan bundan dövlət mənafeyi üçün istifadə olunmağa başlandı və bu mərhələdə xüsusi məxfi «bizanqo» cəmiyyəti şəkər qamışı plantasiyalarında işləmək, orduda xidmət etmək və s. üçün kütləvi şəkildə «zombi»lər «istehsal etməyə» başladı. Bugünkü gündə də, müxtəlif siyasi, hərbi, iqtisadi, elmi və s. məqsədlərin həyata keçirilməsində «zombi» əməliyyatından istifadə olunmasına dair çoxsaylı faktlar var.

Zombi nədir?

Zombi şüursuz, əqidəsiz, iradəsiz insandır. O, heç bir mənafe və ya əqidə güdmədən, qabaqcadan ona verilmiş tapşırığı yerinə yetirmək üçün hər şeyə hazırdır. O, avtomat itaətkarlığı ilə qulluq etməyə, lazımi vaxtda istənilən adamı, anasını, həyat yoldaşını, övladını, hətta özünü belə öldürməyə qadirdir. Belə adamlar üçün tərəddüd, peşimançılıq, maraq və s. kimi hisslər yabançıdır.

Bəs onların bu vəziyyətə düşməsinin səbəbi nədir?

İnsanları zombiyə çevirməyin bir sıra metodu mövcuddur və bunlardan əsasən ikisi praktikada geniş tətbiq edilir: kimyəvi və psixodinamik metod.

Uzaq Haiti adalarında kimyəvi metodun sirri xüsusi məxfiliklə saxlanılırdı və yalnız nəsildən-nəslə ötürülürdü. O, həm də, bir növ gəlir mənbəyi idi ki, onun sirri indiki «firma sirri» kimi qorunurdu. Bu metodun sirrisə çox sadədir: zombiyə çevrilməsi planlaşdırılan adamın (qulun, əsirin və s.) yeməyinə qabaqcadan dörddişli balıqların (iynəbalıqların, dimdikburun balıqların və b.) ətindən hazırlanan xüsusi zəhər – tetrodoksin qatılır və o, dərhal öldürülür (tetrodoksin – ən güclü zəhər sayılan kalium sianiddən 500 dəfə [!] güclüdür). Lakin bu, həqiqi yox, klinik ölümdür. Belə ki, həmin balıqların əsasən dəri örtüyündə, qaraciyərində, cinsi məhsullarında (süd, ikra,...) və s.-də toplanan bu zəhər sinir sistemini iflic edən zəhərlər sırasına daxildir və dərhal güclü stupor törədir (stupor – latıncadan tərcümədə quruma, qıc olma, bayılma deməkdir). Bənzər hala insan qəfil xəbərdən sonra, diksinmələr, qorxu zamanı və s.-də də, düşür. Bundan sonra «gələcək zombi» torpağa basdırılır və müəyyən müddət orada saxlanılır. Torpaqdan qazılıb çıxarıldıqda isə gözünü açıb ilk gördüyü şəxsin («xilaskarının») əbədi şüursuz quluna çevrilir.

Zombiləşdirmənin psixodinamik metodlarının əsasları isə bu yaxınlarda işlənib hazırlanıb. Amerika psixoloqlarının apardığı belə bir təcrübə məlumdur: müəyyən bir filmin lentinə hər 25 kadrdan bir belə bir elan yerləşdirilir: «Koka-kola için!". Filmin nümayişi zamanı bu söz saniyənin iyirmi beşdə biri qədər vaxtdan görünüb yox olduğundan (kinofilmlər bir saniyədə 25 kadr sürəti ilə verilir) tamaşaçılar təbii ki, onu oxuya bilmirdilər və filmin axırına qədər də, bu əlavə təsirdən xəbərsiz oldular. Lakin... filmin qurtarması ilə hamının bir nəfər kimi yaxınlıqdakı koka-kola köşkünə qaçıb, koka-kola alıb içməsi bir oldu. Məsələ orasındadır ki, insanın bu cür ani təsirləri dərk edib-etməməsindən asılı olmayaraq, onlar hissiyyat tərəfindən qəbul edilir və hiss olunub dərk edilməyən informasiyalarsa itməyib, birbaşa təhtəlşüur sferasına keçir, oradan fərdin gələcək bütün fəaliyyətinə aktiv təsir göstərir. Hipnozun belə funksiyası isə elmdə çoxdan məlum olan faktdır (25-ci kadr effekti ilə əlaqədar ətraflı bax: burada səh. 69 və 69).

20.03.1967 tarixdə Filippinin o vaxtkı prezidenti Ferdinand Markosa qarşı sui-qəsdə cəhd edən bir amerikan vətəndaşı – Luis Ancelo Kastilyo həbs edilir. Heç nəyi boynuna almayan cinayətkarla əlaqədar məhkəmə psixiatrları hipnoz seansı keçirməyi qərara alırlar və olduqca dərin hipnozdan sonra Kastilyo öz həqiqi «mən»ini büruzə verir. Məlum olur ki, onun beyni xüsusi kəşfiyyat orqanları tərəfindən «proqramlaşdırılıb» və o, bundan əvvəl də, bir neçə sui-qəsddə iştirak edib. Bu, missiyasını yerinə yetirdikdən sonra isə, o, həm də özünü öldürməli imiş...

IV.2.4.2.11. Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)

Nostradamusun sayəsində bütün dünyada yaxşı tanınan termindir. Aşağıda (bax, burada səh.: 110) Nostradamusun özündən ayrıca söhbət açacağımız üçün, hələlik bu qabiliyyətə malik olan digər şəxslər barədə:

Gələcəkgörmə ilə əlaqədar tarixdə nisbətən mötəbər kimi tanınan aşağıdakı faktlar mövcuddur:

Rus ədəbiyyatı tarixində A.S.Puşkinin ağatlı, ağbəniz adam tərəfindən 37 yaşında dueldə öldürüləcəyinin ona hələ 17 yaşında ikən Peterburq falçısı baronessa Kirhov tərəfindən deyildiyi məşhurdur. Puşkini 37 yaşında öldürən ağbəniz Dantes də duelə ağ atda gəlmişdi; Rus Çarı II Aleksandrın 8-ci sui-qəsd cəhdində öldürüləcəyinin də, ona qabaqcadan falçı tərəfindən deyildiyi məşhurdur. 01.03.1881-ci il tarixdə ona edilən 7-ci sui-qəsddən sonra Çar «hələ səkkizinciyə çox var» deyə rahat oturarkən, onun özünün də gözləmədiyi halda ona 8-ci sui-qəsd edilir və Çar ölür. Sən demə, 7-ci və 8-ci sui-qəsdlər eyni gündə olacaqmış; Rus alimi M.V.Lomonosovun bioqrafiyasında həmişə belə bir möcüzəli fakt təsvir olunur: O, Peterburqda artıq məşhur alim kimi fəaliyyət göstərdiyi vaxtlarda, bir gecə yuxuda atasının, doğulduğu kəndin kənarındakı çayda balıq tutarkən həyatını dəyişdiyini görür. Yuxunun güclü təsiriylə səhər atasını yoluxmaq üçün kəndə gedir və həqiqətən, neçə gündür atasının itkin düşdüyünü öyrənir. Yuxuda gördüyü yerə gedir və həqiqətən, atasının çayın qırağında balıq tutduğu yerdə

Postsosialist məkanda məşhur olan Ukraynalı astroloq Pavel Qlobanın şöhrətlənməsinin maraqlı bir tarixçəsi var: 1986-cı ildə o qəfildən bir-neçə qəzetdə zahirən boş görünən belə bir fantastik bəyanatla çıxış edir: «yaxın bir-neçə ayda Çernobıla atom bombası atılacaq». Təbii olaroq, bəyanat əksəriyyət tərəfindən sensasiya yaratmaq xatirinə verilən ++. Qlobanın dediyi tarixdə Çernobılda məlum partlayış baş verir və yalnız bundan sonra Qloba xüsusi idarələrin diqqətinə düşür.

Fransa tarixindəki onlarla hadisənin, o cümlədən, Fransa inqilabının (1792), Napoleonun hakimiyyətdən getməsinin (1814) və b.-nın dəqiq tarixinin Autunlu Meystr Turell tərəfindən söylənildiyi tarixdən məlumdur.

İngiltərəli bəsirətçi (gələcəkgörən) Xemfri Smit isə hətta bir dəfə böyük yanğınla əlaqədar məhkəməyə şahid sifətilə çağırılmışdı – çünki o, bu yanğını hələ bir neçə il əvvəl dəqiqliyi ilə təsvir etmişdi.

Azərbaycanda «haqq aşığı» kimi tanınan bir sıra el aşıqlarının, ələlxüsus Aşıq ələsgərin bir çox hadisələri qabaqcadan duyub xəbər vermələri isə, Azərbaycan ədəbiyyatı tarixində məşhurdur. Çox yaxın dövrdə yaşamış Azərbaycan Ekstrassenslər İttifaqının keçmiş sədri Etibar İlkinin (Məmmədovun) da çox istedadlı şəkildə gələcəkgörmə qabiliyyəti olması məlumdur.

Doğrudanmı gələcək haradasa ucqar bir guşədə simvollar, şifrələr formasında yazılıb?

Gələcəyin həqiqətən də, Kainatın hansısa bir ucqar guşəsindəki sirli kitabələrdə simvollar, rəmzlər şəklində yazılması və həyatın məhz bu kodlar üzrə davam etməsi ideyasının tərəfdarları (fatalistlər) bu ideyanın sübutu kimi adətən aşağıdakı tipli arqumentləri də göstərirlər:

Napoleon və Hitlerin bioqrafiyasındakı analogiya:

— Napoleon 1760-cı ildə, Hitler isə ondan 129 il sonra – 1880-cı ildə anadan olub;

— Napoleon hakimiyyətə gəlib – 1804-cü ildə. Hitler isə 1933-cü ildə (fərq – 129 il);

— Napoleon 22.06.1812 ildə Rusiyaya hücum edib. Hitler isə 22.06.1941 ildə (fərq 129 il);

— Napoleon müharibəni 1816-cı ildə uduzdu. Hitler isə 1945-ci ildə (fərq 129 il);

— Hakimiyyətə gələndə hər ikisinin – 44, Rusiyaya hücum edəndə – 52, müharibəni uduzanda – 56 yaşı olmuşdu; və s...

Bir başqa analoji hal:

Linkoln və Kennedinin bioqrafiyasındakı analogiyalar:

— 1860 ildə Linkoln ABŞ Prezidenti seçilib; Kennedi isə – 1960 ildə (fərq – 100 il);

— Linkolnun katibinin familiyası Kennedi olub və o, Linkoln öldürülən gün ona teatra getməməyi məsləhət görüb. Kennedinin katibinin familiyası isə Linkoln olub və o da, Kennedi öldürülən günün səhəri onun Dallasa getməməsini təkid etdiyi tarixdən məlumdur;

— Hər iki prezident cümə günü, öz arvadların gözü qarşısında öldürülüb;

— Linkoln öldürüləndən sonra onun yerinə Conson adlı prezident seçilib; Kennedinin də, ölümündən sonra onun vəzifəsinə Conson adlı prezident seçilib;

— Linkolndan sonra vəzifəyə gələn prezident Conson – 1806 anadan olub; Kennedidən sonra gələn prezident Conson isə – 1906 ildə (fərq 100 il);

— Hakimiyyətə gələn Consonların hər ikisi cənublu, demokrat partiyasından olub, və prezident vəzifəsindən qabaq senator olublar;

— Linkolnun qatili 1829 ildə anadan olub. Kennedinin güman edilən qatili isə – 1929 ildə (fərq 100 il);

— Hər iki prezidenti qatili Qatillərin hər ikisini məhkəmədən qabaq öldürmüşdülər.

Tarixdə bu kimi faktlar çoxsaylıdır. Sadəcə olaraq, Napoleon, Hitler, Kennedi, Linkoln və b.-nın məşhur şəxsiyyət olmaları səbəbindən, onların bioqrafiyası daha ətraflı araşdırılıb və buradakı hansısa nüanslar dərhal diqqət mərkəzinə düşə bilib.

Beləliklə, falçılıq, bəsirət, gələcəkgörmə və s. qabiliyyətləri, fenomenləri barədə bir qədər ətraflı.

IV.2.4.2.11.1. FALÇILIĞIN NÖVLəRİ BARəDə

Falçılıq, faktik olaraq zaman baryerini dəf etmək fəndi üzərində dayanan bir qabiliyyətdir. Zaman baryerini dəf etmək məsələsinə görə olan qabiliyyətlərsə iki kateqoriyaya ayrılır:

1)Retrospeksiya – keçmişi görmə;

2)Proskopiya – gələcəyi görmə.

İlk olaraq, problemin çərçivəsini daha aydın görmək üçün bu fenomenin də ayrı-ayrı formalarını bir-birindən fərqləndiririk. Falçılığın, təxminən, aşağıdakı növləri bir-birindən fərqləndirilə bilər:

1. Astrologiya (göy cisimlərinin vəziyyətinə əsasən falabaxma. ətraflı bax, burada səh.,108);

2. Bibliomantiya (kitab açmaqla falabaxma);

3. Katanstromantiya (güzgü falı);

4. Kleromantiya (püşkatma üsulu);

5. Koskinomantiya (kəfkir və çərçivə ilə falabaxma);

6. Ktritomantiya (böcəklərin hərəkət və davranışına əsaslanan falabaxma);

7. Livanomantiya (tüstüyə əsaslanan falabaxma);

8. Numerologiya və ya arifmomantiya (rəqəm falı);

9. Oneyroskopiya(yuxuyozma);

10. Ornitomantiya (quşların hərəkət, səs və davranışına əsaslanan falabaxma);

11. Ofiomantiya (ilanların hərəkət və davranışına əsaslanan falabaxma);

12. Piromantiya (od falı);

13. Presmologiya (vəhylə gələcəkgörmə. ətraflı bax, burada səh., 108);

14. Fizioqnomika və ya morfoskopiya (üzün və bədənin quruluş naxışlarına əsaslanan falabaxma);

15. Xiromantiya (əl izlərinə əsasən falabaxma);

16. və s.

Lakin bunlar hələ hamısı deyil. Belə ki, məs., y.e.ə təqribən VIII-VII əsrlərdə yarandığı ehtimal edilən, sonradan konfusiyaçılığın kanonuna («beşkitab»ına) daxil edilmiş (əsrlərin dolanbaclarından keçə bilməsinə də, bu səbəb olub) qədim Çin yazılı abidəsi olan «İ-Tsin» («Təbəddülatlar kitabı»); Yəhudi müdrikləri tərəfindən yaradıldığı ehtimal edilən və «Kabbala»nın tərkib hissəsi olan «Taro» kartları və b. hər biri öz orijinal falabaxma sistemlərinə malikdirlər.

Bütün bunlar bu qədər fərqli metodlar olsalar da, onları bir ümumi cəhət – eyni məqsədə xidmət etmələri birləşdirir. Bu məqsədsə – zaman baryerini dəf etmək, gələcəyə boylanmaqdır.

Doğrudanmı bütün bunlar həqiqətdir? Doğrudanmı gələcək haradasa ucqar bir guşədə simvollar, şifrələr formasında yazılıb və bütün bunlar da onun açarlarıdırlar? Aşağıda falçılığın bir sıra növlərinin mexanizminə nəzər salmaqla bu fenomenin qaranlıqları üzərinə müəyyən aydınlıq gətirilir:

IV.2.4.2.11.1.1. Presmologiya (Vəhylə gələcəkgörmə)

«Qarşısında güzgü qoyulmuş falçı bütün diqqətini toplayıb güzgüyə baxır. O, bütün dünyadan təcrid, bütün aləmdən uzaq öz aləmindədir. Birdən güzgü ilə falçı arasını tüstüyə bənzər nazik duman bürüyür və o, getdikcə qatılaşır. Bundan sonra həmin dumanda obrazlar görünməyə başlayır. Və bu obrazlar məhz falçının görmək istədiyi gələcəyin obrazları idi».

Bu sətirlər qədim bir falçılıq ayinini – güzgü ilə falabaxma ayinini şəxsən müşahidə etmiş qədim ərəb alimi İbn-Haldunun «Tarixlər və möcüzələr» kitabındandır. Həqiqətdə İbn-Haldun da, və falçılıqla bağlı məsələni bu cür qoyan digər şəxslər də, məsələni bir qədər şişirdirlər. Belə ki, onların gördükləri tüstü-duman real yox, möcüzə intizarında olan tamaşaçının (pasientin) öz təsəvvürünün məhsulundan savayı özgə bir şey deyil. Yerdə qalanlarda isə həqiqətin olması mümkündür. Belə ki, burada güzgü, falçıya yalnız öz təhtəlşüuru ilə kontakta girə bilmək üçün adi alət kimi lazımdır. Və güzgü bu funksiyanı çox məharətlə yerinə yetirə bilir.

Məsələ burasındadır ki, ayrı-ayrı falabaxma metodları insanların öz təhtəlşüuru ilə kontakta girməsinin müxtəlif variantlarından savayı özgə bir şey deyil. Təhtəlşüur heç bir zaman-məkan baryeri ilə məhdudlaşmadığından onun vaxt qavrayışı da, adi şüurun vaxt qavrayışından fərqlənir. Bu baxımdan müxtəlif falabaxma metodlarının məğzi hər hansı variantdasa təhtəlşüur üzərindən şüur nəzarətini götürmək, yaxud müxtəlif vasitələrlə təhtəlşüur kodlarını, simvollarını, siqnallarını adi şüur üçün anlaşıqlı olan formaya çevirməkdir. Bəziləri bunu güzgü vasitəsilə, bəziləri kart vasitəsilə, bəziləri kitab vasitəsilə, bir başqaları da bir başqa vasitələrlə həyata keçirir. əksər hallarda da bu qabiliyyətə malik olan insanlar öz qabiliyyətlərinə namaz qılmaq, qarşılarına Quran kitabı qoymaq, fala ərəb qrafikası ilə yazılmış kitablarla baxmaq və s. kimi fəndlərlə bir qədər ilahi don geyindirirlər. Həqiqətdə isə kitabla fala baxan bir çox falçıların qarşılarına qoyub və taleyi oradan oxuduqları kitablarda danışdıqlarının heç biri olmur. Sadəcə olaraq, bu onlara, öz işlərinin şeytan əməli yox, Allah qabiliyyəti olduğunu başqalarına sübut etmək üçün lazım olan bir alətdir.

IV.2.4.2.11.1.2. Astrologiya

Falçılığın çox qədim növlərindən biri də astrologiyadır. Burada astrologiyanın da qanunauyğun olan bəzi tərəfləri barədə söhbət açırıq.

Göydə ayın fazasının dəyişməsinin Yerdəki həyata nə dərəcədə təsir etməsi, istər elmə və istərsə də, sadə adamlara məlumdur: Ayın hilal və ya tam formasında olmasından asılı olaraq, insanların psixi əhval-ruhiyyəsi passivləşir və ya aktivləşir, qadınlarda xüsusi fizioloji hallar baş verir və s. Eyni zamanda, on bir ildən bir baş verən Günəş aktivliyinin də, Yerdəki həyatla birbaşa əlaqəsi olduğu elm tərəfindən qeyd-şər

Наши рекомендации