Müstəqil işləmək üçün tapşırıqlar

1-11 saylı tapşırıqlarda s1, s2 və s3 sətir tipli dəyişənləri verilmişdir. Onlar aşağıdakı qiymətləri alırlar:

s1= ” Azərbaycan Dövlət Neft Akademiyası”;

s2= ” Tətbiqi Riyaziyyat” kafedrası;

s3=” Alqoritmik dillər və proqramlaşdırma”.

1.s1, s2, s3 sətirlərindən hər birinin uzunluğunu tapın. Bu sətirlərdən hansının ən uzun qiymətə malik olduğunu tə­yin edin.

2.s1sətrindəki kiçik hərfləri böyük hərflərlə əvəz edin.

3.s2 sətrindəki simvollar s1 sətrindəki simvolların neçə fa­i­zi­ni təşkil etdiyini təyin edin.

4.s1 sətri ilə s2 sətrini birləşdirin.

5.s1, s2, s3 sətirlərinin hər birində “a” hərfinin neçə dəfə iştirak etdiyini təyin edin.

6.s2 sətrində “R” hərfi ilə başlayan sözü tapın.

7.s3 sətrində saitlərin sayı ən çox olan sözü tapın.

8.s1 sətrindəki böyük hərfləri yeni bir s4 sətrinə yazın.

9.s3 sətrində ardıcıl iki eyni hərfin olmasını müəyyən­ləş­di­rin.

10.s3 sətrinin əvvəlinə “Müasir” sözünü əlavə edin.

11.Klaviaturadan daxil olunmuş məlumatı nöqtə və tire­lər ar­dı­­cıllığına (Morze əlifbasına) çevirən “teleqraf” proq­­ra­mı yazın. Morze əlifbası üçün nümunə aşağıda veril­miş­dir:

A .- B ..- C .-- D -. E ...-
F ..-- G ...- H --.- İ --. J -..
K -.- L -.-- M --.- N ---. O -..-
P .-. Q --.. R -.-.- S --.- T -..
U -... V -.-.. X ---.. Y -.-.. Z -.--.

12. Klaviaturadan daxil edilən sətrin ikilik kodda olmasını yox­layan proqram yazın.

13. Klaviaturadan daxil edilən Müstəqil işləmək üçün tapşırıqlar - student2.ru ifadəsi­nin qiymətini hesablayan proqram yazın. Burada Ni – b­ir­rə­qəmli tam ədəddir, Oi – isə (+) toplama və (-) çıxma əməllərindən biridir (məsələn, 4+3-2+5+6-1).

14. Klaviaturadan daxil edilmiş sətrin tam ədədlərdən təşkil edil­diyini yoxlayan proqram yazın. Məlumatı ekrana çı­xa­­­rın.

15. Klaviaturadan daxil edilmiş sətrin onaltılıq kodda olmasını yoxlayan proqram yazın.

16. Klaviaturadan daxil edilmiş sətri aşağıdakı kimi çapa verən proqram yazın:

t ə h s i l
ə h s i i s h ə
l i s h ə t
 

17. Verilmiş sətirdə saitlərin sayını təyin edən proqram yazın.

18. Verilmiş simvol sətrinin polindrom olmasını yoxlayan proqram tərtib edin.

19.Əhalisinin sayı göstərilməklə səhərlərin siyahısı veril­miş­dir. Əhalisinin sayı ən az olan şəhərin adını çapa verən proq­ram tərtib edin.

20. Imtahan sessiyasının nəticələrinə görə aşağıdakı qaydada tələbələrə təqaüd təyin edilməsi üçün proqram yazın:

- əgər bütün qiymətlər “5”-dirsə, onda ən yüksək təqaüd təyin edilsin;

-əgər bütün qiymətlər “4” və “5”-dirsə, onda adi təqaüd təyin edilsin;

- əgər hər hansı fəndən “3” qiymət olarsa, onda təqaüd təyin edilməsin.

9. Fayllar: fayldan daxiletmə

və fayla çıxış

Verilənlər də proqramçılar kimi dəyişməz olmalıdırlar (in­gi­lis dilində persistent sözü iki məna verir: inadcıl - əgər söh­bət insandan gedirsə, dəyişməz - əgər söhbət hər hansı ob­yekt­dən gedirsə). Dəyişməz dedikdə nəzərdə tutulur ki, proq­ram öz işini sona çatdırdıqdan sonra verilənlər saxlan­ma­lı­dır­lar.

Indiyə qədər yazılan proqramlarda dəyişənlərdə saxla­nı­lan ve­rilənlər proqram öz işini sona çatdırdıqdan sonra si­li­­nirdi. Bu ona görə baş verirdi ki, onlar operativ yad­daş­da (RAM, ix­ti­yari girişli yaddaş) yerləşirdilər, proqram da­yan­dıqda isə o, tə­mizlənir.

Lakin Microsoft Word və ona oxşar proqramlar verilənləri kom­­püterin sərt diskində və ya başqa standart daşıyıcıda fayl­da saxlaya bilirlər və sonra da lazım olan ve­ri­lənləri biz ala bi­li­rik. Bu verilənlər isə proqramın işi sona çat­dıqdan sonra, hət­ta kompüterin söndürülməsindən sonra da saxlanıla bilirlər.

9.1. Ikilik və mətn faylları

Fayl – sərt disk, CD – ROM və ya başqa standart daşıyıcı kimi sabit yaddaşda yerləşən verilənlər yığımıdır.

Fayla onun adına görə müraciət edilir, ad isə faylın təbi­ə­ti­ni və ya məzmununu təsvir edir.

Faylın adı iki hissədən ibarət olur: 1) əsas hissə, 2) ge­niş­lən­mə. Genişlənmə (.) işarəsi ilə başlayır. Məsələn, kitab.doc , iter.cpp və s. Faylın genişlənməsi fayldakı və proqramdakı ve­ri­lənlərin tipini işarə etmək üçün lazımdır. Bunun köməyi ilə də həmin faylla işləmək mümkün olur. Razılaşmaya uyğun ola­raq .doc – genişlənməsi Microsoft Word proqramının işlədiyi faylların, .xls - Microsoft Excel proqramında istifadə olunan faylların , .cpp – isə C++ dilindəki faylların geniş­lən­mə­sidir.

Faylların əsasən iki tipi olur: mətn və ikilik faylları.

Mətn faylları – adından göründüyü kimi mətnə malik olur. Mə­sə­lən, qovluqda, Bloknotda və ya istənilən digər mətn re­dak­to­run­da yaradılmış fayl buna misal ola bilər.

Ikilik fayl – mətn, cədvəl və s. formatlaşdırılması üçün Mic­rosoft Word mətn redaktorunun istifadə etdiyi format­laş­dır­ma kodlarıdır, məsələn, mətndə olmayan qəribə simvollar və şa­quli qara xətlər.

Mətn fayllar ancaq mətni saxladığı halda, ikilik fayllar di­gər tip informasiyaları da (məsələn, şəkil, verilənlər bazasının ya­zılması və s.) saxlaya bilirlər. Ona görə də Microsoft Word, Excel və ya Access kimi mürəkkəb proqramlar verilənləri iki­lik faylda saxlayırlar.

Mətn fayllarını açmaq, oxumaq və yazmaq ikilik fayllara nə­zərən çox asandır. Ona görə də mətn fayllarına giriş ikilik fayllara girişə nəzərən çox asan həyata keçrilir.

9.2. fstream standart kitabxanası

Biz əvvəllər klaviaturadan standart girişi təmsil edən iostream standart kitabxanasını və standart çıxışı ekrana yazan cout obyektini istifadə etdik.

Fayldan oxuma və ya fayla yazma isə digər fstream stan­dart kitabxanasının qoşulmasını tələb edir. fstream standart ki­tabxanası aşağıdakı kimi qoşulur:

# include <fstream>

Göründüyü kimi iostream və fstream – ın eyni “stream” sözü var. Hər iki standart kitabxanada bayt axınları istifadə olu­nur (ingiliscə stream – axın deməkdir). iostream kitab­xa­na­sı giriş və çıxışa bayt axınlarına, fstream standart kitab­xa­na­sı isə fayl­dan və fayla bayt axınlarına aiddir.

fstream başlıq faylı verilənlərin üç yeni tipini təyin edir.

1) ofstream- bu verilənlər tipi faylın çıxış axınını gös­tə­rir (təs­vir edir). Icraçının proqramından fayla çıxış həyata ke­çi­ri­lir. ofstream verilənlər tipi informasiya yazmaq üçün fayl və ya­zı yaratmaq üçün istifadə olunur. Onların kömə­yi­lə­ fayl­ları oxu­maq olmaz.

2) ifstream – bu verilənlər tipi faylın giriş axınını göstərir (təs­vir edir). Fayldan istifadəçinin proqramına giriş həyata keçirilir. ifstream verilənlər tipi fayldan informasiyanı oxu­ma­ğa xidmət edir. Onun köməyilə fayllar yaratmaq və ya onlara in­for­masiya yazmaq olmaz.

3) fstream – bu verilənlər tipi faylın ümumi axınını göstərir və həm ofstream, həm də ifstream verilənlər tiplərinin im­kan­la­rına malikdir.

Наши рекомендации