Dinlərlə tanışlıq I kurs- II semestr
1. Elm neçə qisimdir? 1. Dinlərə aid elm 2. Bədənlərə aid elm
2. Mənşəcə Hindistana aid olan hind dinləri neçə qrupdur? Hindu dinləri; hind dinləri.
3. Hindu dinlərini hind dinlərindən nə ayırır? Hindu dinlərinin bani və təsisçisi bilinmir, müəyyən başçıları olsa da/Amma hind dinlərində var. Hindularda hansısa əqidə sistemi mövcud deyil/amma hindlərdə var. Hindular saysız məzhəblərə bölünür. Hindularda ilham qaynağı olan qudsi kitablar var/amma hindlərdə yoxdur. Hindu dinlərindən: cayna, buddizm, siqh və.s. göstərmək olar
4. Vedalar nədir və nəvaxt yaranıb? Miladdan 2500 il əvvəl yaranıb. Hinduların müqədəs kitablarıdır.
5. Neçə təbəqə vedalar vardır? 1. Samhitalar (bunlar rigveda,samaveda, yacurveda atharveda və.s.) olaraq samhita yəni “məcmuə” adlanır. 2. Brahmans təbəqəsi- kastası üçün yazılıb. Rahiblər, kahinlər, dini adamlar üçündür. Ayinlər və icra edilmə tərzi haqqında yazılıb. 3. Aryankalar: Meşə yazıları deməkdir. Ayinləri icra etməkdən kənar olmuş, ömürlərini həyatın mənasını tapmağa düşünmək və agahlığa sərf etmiş rahiblərdir. Aryankalada veda ayinlərinin mistik mənası aydınlaşdırılır, veda rəmzləri aşkara çıxarılır. 4. Upanişadlar: xüsusi agahığı olan şəxslərin anladığı daim təkid edilir. Ən etibarlı mənbədir. Əzablara dözmək, tədriclik etməklə metafizik aləmlə əlaqəni hədəfləyir. Hərbiri miladdan 600 il öncəyə aiddir.
6. Hal-hazırda Hindistanda hansı tanrılar var? Miladdan 500 il əvvəl puranalar əsri sayılan zamandan 3 tanrı hakimdir: vişnu, brəhman, şiva.
7. Bu tanrılara məxsus kitablar hansılardır? Mahabharata, Bhaqavat gita, Ramayana, Dhama satras.
8. Ən məşhur ən müqəddəsi hansıdır və nə mənanı verir? Bhaqavat gita “ Ali ilahi nəğmələr”
9. Bu kitab nədən bəhs edir? Allahşünaslıq, astronomiya, siyasət müharibə qanunlar, qəhrəmanlıq əfsanələri və Arcuna adlı şahın düşmən Kruştera ilə müharibəyə hazırlaşanda faytonçusu Krişna ilə “meyli olmadığı halda taxt-taca görə mübarizə aparmağa dəyərmi?” mövzusunda sual-cavabdan söhbət gedir.
10. Kasta sinfi neçə təbəqədən ibarətdir? 1. Brahmanlar (kahinlər), 2. Kşatriya (hökmdar sülaləsi və döyüşçülərə maddi yardım edənlər), . Vaişya (tacir və əkinçilər(camaatın ehtiyacın ödəyirdilər)). 4. Sudra (işçilər və xidmətçilər)
11. Bu sistemə qəbul edilməyən hansı təbəqə vardır? Çəndale (murdarlar- məs: qullar)
12. Hindu fəlsəfəsinin əsasını təşkil edən karma qanunu nədir? İnsan doğulur və ölür sonra yenidən doğulur və ölür. Bütün hindular və hindlər reinkarnasiyaya inanır.
13. Samsara qanunu nədir? İnsan öldükdən sonra ya reinkarnasiyaya tabe olur, ya da atalar yaxud Allahlar yoluna gedir.
14. Reinkarnasiyadan xilas olmağın yolu nədir? 1. Karma marge- dinə əməl etmək, 2. Cnana marge-əqli mərifət; 3. Bhanti marge-eşq və təvəkkül (hansısa tanrıya yaxud tanrının yoldaşına eşq).
15. Bhaqavat gita yəni krişna hindu dinində tanrılar hansı sistemlədir? Sıra il tanrılar başçılıq edirlər: Şiva, vişnu, brəhman.
16. Hind fəlsəfəsi neçə qismə bölünüb? 1. 2-dir: Astika və Nastika (Astika vedaları əsas mənbə kimi qəbul edənlər), (Nastika isə vedaları qəbul etmir).
17. Vedaları qəbul edən və etməyənlərə misal: edənlər: Sankhiya, Yoqa, Niyaya, Vişeşka, Vedanta etməyənlər: Budda və cayna
18. Vedanta nədir? Hindlərin əksəriyyəti vedanta ardıcıllarından olan upanişadların ardıcıllarıdır.
19. Mimasa məktəbi və niyaya məktəbi nədir? Mimasanın banisi –Cayminidir Ayin və ibadət təmayüllüdür. Niyaya məktəbi- dini bəhslərlə zəngin olan cərəyandır.
Vişeşka-kanada adlı bir hindu təsis etmişdir. Allahı var edən kimi yox, səliqəyə salan kimi təsvir edir. Sankhiya –Kapila adlı hind filosofu təsis etmişdir. Keçmiş Sankhiya Allahın varlığna inanmır müasiri isə inanır. Yoqa məktəbi - Patancal adlı hind filosofu bu təlimi yoqasutra adlı əsərindən götürülmüşdür. Yoqa fəlsəfəsi insanın ruhi və mənəvi həqəqətləri tapmaqda əsas amil kim qəbul edirlər. Sankhiya ilə six bağlıdır amma tanrının varlığını qəbul edir.
20. Yoqaya çatmağın neçə yolu var? Yama, Nyama, Asana, Paranayama, Pratyahara, Dharana, Dhyana, Samadhi və.s.
21. Bu təlimlərin mənası nədir? Yama – pəhrizkarlıq, niyama – tərbiyə, asana – bədəni gücləndirmək, pranayama – nəfəs kontrolu, pratyahara- hissiyatı zehnin kontrol altına almaq, dharana – zehnin diqqətini bir şeyə cəmləşdirmək, dhyana-zehni davamlı olaraq diqqətini yönəltdiyi əşyanın həqiqətini tam dərk etməsi. Samadhi – supermeditasiya paklaşmasını son mərhələsidir.
22. Buddizmin banisi kimdir? Gaumata Budda
23. Buddanın əsas təlimləri hansılardır? Tripitaka(üç səbət) 1. Vinayapitaka (rəftar ürfan qaydaları), Suttapitaka (buddanın kəlamları), Abhidhamapitaka (buddanın nisbətən fəlsəfi sözləri). Ilk dəfə pali dilində yazılıb.
24. Buddizm neçə təriqətə bölünüb? Hinayana, Mahayana
25. Buddizmdə dörd şərafətli həqiqət hansılardır? Duhka, Duhka samudaya, duhka niradhaduhka neraghe marge. (bu həyat əzablarla doludur, bu əzabların səbəbi var, bu əzablara son vermək mümkündür,bu əzablara bir son yolu vardır).
26. Şinto haranın dinidir? Yaponiyanın
27. Şinto dini nəyə inanır və şinto nə deməkdir? Ruhlara inanırlar. Şinto “ruhlar yolu” deməkdir. Müqəddəs kitab anlayışları yoxdur.
28. Şinto dinində axirətə inam varmı və yaponların axirətdə xüsusi yeri haradır ? Şintoya görə yaponlar ali irq sayılır. “makanaha”adlı xüsusi cənətdə yerləşdiriləcək.
29. Şintonun ən böyük tanrısı hansıdır? Amatraso.O günəş tanrısıdır. Yapon bayrağında xüsusi yeri var.
30. Amatrasonun məbədi haradadır? Yaponiyanın İsi şəhərində.
31. Şinto ayinində ailə quruluşu nə cürdür? Ata tam ixtiyar sahibidir. Öz övladını sata yaxud edam belə edə bilər. Qız övladına irs payi düşmür.