Bu Bəkrin Əli(ə.S)-nin əlinə əıııl verməsi
Ədiyy ibn Hatəm (Peyğəmbər(s) və Əli(ə.s)-nin dostlarındandır) deyir: «Əli(ə.s) üçün ürəyim elə yandı ki, heç kim üçün elə yanmamışdı və yanmayacaq. Əli(ə.s)-nin yaxasından və qollarından tutub məscidə tərəf çəkə-çəkə apararaq deyirdilər:
__ Əbu Bəkrə beyət et!
O buyurdu:
__ Əgər beyət etməsəm, nə olar?
Cavab verdilər ki, boynunu vurarıq. Əli(ə.s) üzünü göyə tutub dedi: «İlahi, şahid ol ki, bunlar məni öldürməyə gəliblər, halbuki mən Allahın bəndəsi və Peyğəmbər(s)-in qardaşıyam».
Onlar yenə Əli(ə.s)-yə dedilər:
__ Beyət etmək üçün əlini uzat.
O Cənab itaət etmədi. Onlar güclə onun əlini tutub çəkdilər. Həzrəti-Əli(ə.s) barmaqlarını yumdu. Yanındakılar nə qədər etdilərsə, onun yumruğunu aça bilmədilər. Nəhayət, Əbu Bəkrin əlini qabağa çəkib Əli(ə.s)-nin yumulmuş əlinə (yumruğuna) sürtdülər. O halda isə həzrəti-Əli(ə.s) üzünü Peyğəmbər(s)-in qəbrinə tutaraq deyirdi:
«Ey anam oğlu, camaat məni zəiflədib, az qaldı ki, öldürsün.»[54](«Əraf» surəsi, 150.)
Ravi yazır:
Əli(ə.s) üzünü Əbu Bəkrə tutub bu şeri dedi:
«Əgər sən şura yolu ilə xalqın rəhbəri olmusansa, bu necə şuradır ki, onun (mənim kimi) məşvərətçiləri orada olmamışlar. Yox, əgər qohumluğu dəlil gətirirsənsə, başqaları Peyğəmbər(s)-ə səndən daha yaxındır».[55]
O Həzrət təkrar-təkrar buyururdu: «Əcəba, xilafət səhabəlik və qohumluqlamı sabit olur?»[56]
Evin yandırılması hadisəsi Ömərin öz dilindən.
Ömər ibn Xəttab Müaviyəyə[57] məktubunda (beyət və qapının yandırılması barədə) belə yazmışdı: «Qabaqcadan öz adamlarımızla Əli(ə.s)-nin evinə getdim. Fizzə (həzrəti-Fatimə(s.ə)-nin kənizi) çölə çıxdı. Ona dedim:
__ Əli(ə.s)-yə de ki, çölə çıxıb Əbu Bəkrə beyət etsin. Çünki bütün müsəlmanlar ona beyət etmişlər.
Fizzə:
__ Əmirəl-möminin Əli(ə.s) «Quran»ı tərtib etməklə məşğuldur.
Dedim ki, bu sözləri bir yana qoy, Əli(ə.s)-yə de ki, çölə çıxsın, yoxsa evə daxil olub onu zorla apararıq. Bu zaman Fatimə(s.ə) çölə çıxıb qapının qarşısında dayanıb dedi:
__ Ey yolunu azmış yalançılar, nə deyirsiniz, bizdən nə istəyirsiniz?
Dedim:
__ Niyə əmin oğlu cavab verməyə səni göndərib, amma özü pərdə arxasında oturub gizlənib?!
Fatimə(s.ə):
__ Ey Ömər, sənin bu tüğyanın və meydan oxumağın məni evdən çıxararaq höccəti sənə və sənin kimi hər bir yolunu azmışa tamam etdi.
Dedim:
__ Boş-boş sözləri bir kənara qoy. Əli(ə.s)-yə de ki, çölə çıxsın.
Dedi:
__ Yəni dostluq və kəramət sənə layiq deyil. Məni şeytan qoşunu iləmi qorxudursan, ey Ömər? Bil ki, hizbi-şeytan zəif və qüvvətsizdir.
Dedim:
__Ya Əli(ə.s) evdən çölə çıxmalı, ya da məscidə gedib beyət etməlidir, yoxsa evə adamları qarışıq od vuracağam.
Sonra Qunfuzun qırmancı ilə Fatimə(s.ə)-ni vurdum. Xalid ibn Vəlidə tapşırdım: «Adamlarına de, odun yığsınlar».
Daha sonra Fatimə(s.ə)-ni hədələdim:
__ Evi yandıraram.
Fatimə(s.ə): «Ey Allahın düşməni, ey Peyğəmbər(s)-in düşməni, ey Ə|mirəl-mömininin düşməni!» __ deyib əllərini irəli uzatdı ki, mən içəri keçməyim. Mən onu vurub qapını möhkəm itələdim. Qırmancı qapını buraxmaq üçün əllərinə o ki var çəkdim. Ağrının şiddətindən nalə çəkib ağladı. Naləsi elə ürəkyandırıcı idi ki, az qala ürəyim yumşalıb oradan qayıdacaqdım, lakin yadıma Əli(ə.s)-nin Qureyş böyüklərinin (müşriklərinin) qanını tökməsi düşdü. Ürəyimdə ona qarşı bəslədiyim kin, düşmənçilik yenidən baş qaldırdı. Qapını təpiklə möhkəm vurdum. Fatimə(s.ə) qapını açılmasın deyə möhkəm sıxmışdı. Lakin mən qapıya təpiklə vuranda Fatimə(s.ə)-nin naləsini eşitdim. Elə bildim, Mədinə lərzəyə gəlib alt-üst oldu. Fatimə(s.ə) o halda ikən deyirdi:«Ay atacan, ya Rəsululah, sənin sevimli qızınla belə rəftar edirlər. Ah, ey Fizzə gəl məni götür. Allaha and olsun, bətnimdə olan körpəm öldürüldü!»
Mən başa düşdüm ki, Fatimə(s.ə) hamiləliyin şiddətli ağrısından divara(qapının arxasına) söykənmişdir. Qapını möhkəm itələdim. Qapı açıldı. Evə daxil olanda Fatimə(s.ə) o halətdə mənimlə üz-üzə dayandı. Lakin bərk qəzəbləndiyimdən elə bil, gözümün qarşısına pərdə çəkilmişdi. Niqabın üstündən ona elə sillə vurdum ki, yerə yıxıldı.[58]