Tam məlumata (informasiyaya) malikdirlər
IV DƏRS
İstehlakçı Davranışlarının Təhlili Və Istehlakçının Tarazlığı
İstehlakçı Davranışları Nəzəriyyəsi"ndə, istehlakçının əmtəə ya da xidmətlərdən istifadə etmək üçün qərar alma prosesində etdiydi davranışların araşdırması aparılır Bu mənada, əmtəələrin və istehlakçının malik olduğu xüsusiyyətlər burada əhəmiyyət kəsb edir. Beləliklə, biz bu bölmədə əvvəlcə əmtəə və xidmətlərin xüsusiyyətlərini, sonra isə isehlakçıların xüsusiyyətlərini araşdıracıq.
Mtəə, xədmət və onların xüsusiyyətləri
İstehlakçı iqtisadi həyatda sadəcə bir əmtəə və xidməti yox, müxtəlif sayda əmtəə və xidmətləri istehlak edir. Məhz buna görə, əmtəə və xidmətlər bir çoxluq olaraq qəbul edilib, onların xüsusiyyətləri ümumiləşdirərək təyin olunur və əmtəə və xidmət toplusunun xüsusiyyətləri aşağıdakı şəkildə yazmaq mümkündür:
- Əmtəə toplusu, "n" kimi sonlu (sayıla bilən, məhdud) növdə əmtəə və xidmətdən meydana gəlir.
- Hər əmtəə, ən az "sıfır", ən çox "sonsuz" miqdarlarda istehlak edilə bilər.
Stehlakçı və onun xüsusiyyətləri
İstehlakçı əmtəə və xidmətləri istehlak edərək öz tələbatını qarşılayan iqtisadi subyektlərdir.
İqtisadi nəzəriyyədə ən çox müzakirə edilən, lakin eyni zamanda ən fundamental hesab edilən fərziyyə istehlakçını və ya insanı "iqtisadi insan" olaraq düşünməsi və ya fərz etməsidir. Latınca mənşəli "Homo Economicus" sözündən gələn "iqtisadi insan"ı və ya "iqtisadi şüürlu insan"ı iqtisadçılar düşündükləri və ya görmək istədikləri kimi, yəni bazarla bağlı bütün məlumatlara sahib olan və ya şüurlu qərarlar alan insan kimi düşünürlər. Bu eyni zamanda mükəmməl istehlakçı mənasını verir.
Halbuki, müxtəlif səbəblərlə insanlar nəzərdə tutulan bu davranış formasından, yəni iqtisadi şüurlu insan kimi davranmaqdan çox vaxt yayınırlar. Buna görə də, istehlakçı "mükəmməl - ideal istehlakçı", “iqtisadi şüurlu insan” kimi davranmağa çalışan insan kimi qəbul edilir.
İqtisadçılara görə, iqtisadi şüurlu insanın (istehlakçının) iqtisadi şüuru bu xüsusiyyətlərlə səciyyələnir (yəni istehlakçılar aşağıdakı xüsusiyyətlərə malik olub, bu xüsusiyyətlər istiqamətində hərəkət edərlər):
- Tam məlumata (informasiyaya) malikdirlər ,
- Seçicidirlər
- Az əvəzinə çoxu seçərlər,
- Seçimləri arasında tutarlılıq var.
Tam məlumata (informasiyaya) malikdirlər
Burada iqtisadi insanın, əmtəə toplusunda yer alan hər əmtəənin qiyməti, keyfiyyəti, harada və hansı qiymətdən satıldığı kimi digər bütün bazar şərtləri haqqında tam və kifayət qədər məlumata malik olduğu qəbul edilir.
Seçicidirlər, az əvəzinə çoxu seçərlər,
İqtisadi insan, qarşılaşdığı variantlar arasında mütləq seçim edər və öz seçimini ortaya qoyar. Məsələn, bir istehlakçıya A, B və C əmtəəları arasında bir seçim etmə imkanı yaratsaq, istehlakçı mütləq seçimlə birini və ya ikisini seçəcək.
Yenə, istehlakçıya A, B və C kimi üç əmtəədən fərqli miqdarlarda seçim etmə imkanı yaratsaq, istehlakçı məsələn A əmtəəsinın miqdarı daha çox isə A əmtəəsini B və C"ə tərcih edəcəkdər. Burada istehlakçı çoxu seçdiyi üçün bu fərziyyəyə doyumsuzluq fərziyyəsi də deyilir.
İstehlakçının seçimləri arasında tutarlılıq vardır,
İqtisadi insanın etdiyi seçimlərin bir-biriylə ziddiyyət təşkil etməməsi lazımdır. Bu səbəblə bu fərziyyəyə əsaslılıq fərziyyəsi də deyilir. Məsələn, A, B və C əmtəə variantları üçün bir istehlakçı
A > B B > C
kimi bir seçim ifadə etmişsə, A < C deyə bilməz, A > C demək məcburiyyətindədir.
Faydalılıq Anlayışı və Faydalılıq Funksiyası
İstehlakçının xüsusiyyətlərini təyin etdikdən sonra, əvvəlcə faydalılıq anlayışını sonra isə insanla (iqtisadi şüurlu insan) istehlak etdiyi əmtəə toplusu arasındakı əlaqəni ortaya qoyan faydalılıq funksiyasını araşdacıq.
Faydalılıq Anlayışı və Faydalılığın Ölçülməsində Miqdar (Kardinalist) və Sıralama (Ordinalist) Nəzəriyyələri
Faydalılığınnın "istehlak edilən əmtəələrin tələbatları qarşılama xüsusiyyəti" olduğunu əvvəlki bölmələrdə qeyd etmişdik. Yəni, istehlaka tabe olan bütün əmtəələrin onları istehlak edənlərə görə bir faydalılığı vardır.
İqtisadi nəzəriyyədə faydalılıq anlayışı, qiymət və digər anlayışlarından sonra ortaya çıxmışdır. Daha əvvəl insanlar əmtəəların qiymətləri arasındakı müxtəlifliyi onun təbiətdəki miqdarı (nadirlik) ilə şərhə etməyə çalışmış, bu şərhin yetərsiz qaldığı hallarda faydalılıq yanaşmasına müraciət etmişlər. Çünkü bəzi əmtəə və xidmətlərin qiymətinin yüksək olmasına baxmayaraq biz onlardan istehlak edirik. Deməli istehlakçı əmtəə və xidmətləri satın alırkən sadəcə onun qiymətinə baxmaz. Eyni zamanda əmtəənin ona verəcəyi faydalılığı da nəzərə alır.
İqtisadçılar üçün faydalılıq funksiyası müşahidə edilə bilən bəzi iqtisadi paratemrtləri (məsələn qiyməti) hesablaya bilmək, başqa funksiyaları əldə etmək üçün əhəmiyyətlidir. Buna görə də, bəzi iqtisadçılar faydalılığın əmtəənin istehlakı nəticəsində ölçülə bilən bir dəyər olduğu fikirini müdafiə edirlər. Bu düşüncə isə iqtisad ədəbiyyatında miqdar (kardinalist) nəzəriyyəsi kimi bilinir. Bu iqtisadçılara görə, bir əmtəənin təmin etdiyi faydalılıq, digər əmtəənin təmin edəcəyi faydalılığa təsir etməz. Hər bər fərd, müəyyən bir əmtəədən, bərabər miqdarda istehlak edərsə, eyni miqdarda ümumi faydalılıq əldə edər. Bu səbəblə də faydalılıq funksiyası, fərdlərin müxtəlif əmtəəların istehlaklarından əldə etdikləri faydalıllıqlaırın cəminə bərabərdir. Bu iqtisadçılara görə faydalılığı həmçinin rəqəmlə və ya hər hansı ölçü vahidi ilə də göstərmək mümkündür.
Buna baxmayaraq, faydalılığın ölçülə biləcəyi fikri iqtisadçılar tərəfindən ümumi mənada qəbul görməmişdir. Faydalılığın ölçülə biləcəyi fikirinə qarşı 3 əhəmiyyətli tənqid gətirilmişdir:
· Faydalılığın müəyyən bir ədəd ifadə edilə biləcək şəkildə ölçülməsi qeyri-mümkündür. Yəni faydalılıq hər bir fərd üçün fərqli ola bilən sübyektiv bir dəyərdir. Hətta eyni fərd üçün belə, bir əmtəənin müxtəlif vaxtlardakı eyni miqdardakı istehlakı fərqli faydalılıq təmin edə bilər.
· Bir əmtəənin istehlakı nəticəsində əldə edilən faydalılıq, o biri əmtəələrin istehlakından təmin edilən faydalılıqdan müstəqil ola bilməz. Bu səbəbdən, faydalılıq funksiyası əmtəəların fərdi faydaları cəmindən meydana gəlmsi qeyri mümkündür (Çörəklə pendirin birlikdə yeyilməsi kimi).
· Bütün bunların bir nəticəsi olaraq,fərdlər arasında faydalılığın müqayisəsini aparmaq mümkün deyil.
Faydalılığın ölçülə bilməyicəyini, lakin istehlak edilən əmtəəlardən istehlak nəticəsində əldə edilən faydalıqlar arasında sadəcə bir müqayisənin (sıralamanın) aparılmasının mümkün olduğunu iddia edən nəzəriyyə isə sıralama (ordinalist) nəzəriyyəsidir.
Sıralama nəzəriyyəsinə görə, hər əmtəənin faydalılığının bir-birindən müstəqil olaraq ölçülməsi səhvdir. Çünki, iki əmtəə ayrı-ayrı istehlak edildiklərində və birlikdə istehlak edildiklərində fərqli fərqli faydalılıqlar təmin edə bilər. Məsələn, çörəklə pendirin ayrı-ayrı istehlak edilməsi nəticəsində çörəyin və pendirin təmin etdiyi müstəqil faydalılıqların cəmi, böyük bir ehtimatlla, çörəklə pendirin birlikdə təmin etdiyi ümumi faydalılıqdan az olacaqdır. Faydalılığın sıralama nəzəriyyəsinə görə, faydalılığın bir rəqəm və ya hər hansı ölçü vahidi ilə ifadəsi edilməsi qeyri-mümkündür.
Faydalılıq Funksiyası
İstehlakçının istehlak etdiyi əmtəənin miqdarı ilə bundan təmin etdiyi faydalılıq arasındakı əlaqəni bir funksiya ilə ifadə etmək mümkündür və bu funksiyaya da faydalılıq funksiyası adı verilir. Əmtəə toplusunun xüsusiyyətlərindən bəhs edərkən, əmtəə toplusunun "n" kimi sonlu növdə əmtəə və xidmətdən meydana gəldiyini ifadə etmişdik. Buradan yola çıxaraq faydalılıq funksiyasının "n" növ əmtəənin, istehlak edilən miqdarlarının funksiyası olduğunu deyə bilərik.