IV.2.3.2.6.6. Tektonik silahlar
Konkret episentrlərdə seysmik aktivliyi süni induksiya etdirmək məqsədinə xidmət edən texniki vasitələr kompleksidir. Mexanizmi eyni bir hədəfə ayrı-ayrı ərazilərdən müəyyən bucaq altında sinxron amplitudalı avtoşoklar fokuslamaq prinsipinə əsaslanır. Onların kəsişmə nöqtələrində (yəni zəlzələ formalaşdırılması nəzərdə tutulan yerdə) interferensiya effektlərinin minimuma endirilməsi ilə əldə olunan maksimal rezonans – gec-tez bu nöqtədə hansısa formalı yer sürüşməsi, dağ və ya qar uçqunu, qaya sınamaları və s. törədib, təbii zəlzələnin yaratdığı faciələri yarada bilir. ələlxüsus, amortizasiya effektinin minimum olduğu daş-qaya süxurlu dağlıq ərazilərdə xüsusi effektlidir. Fokuslanan avtoşoklar (əslində, avterşoklar) isə konkret istiqamətə yer altı ilə göndərilən adi zərbə dalğaları ola bilər[10].
_________________________________
[ Yeri gəlmişkən, Zəlzələ məsələsinin Azərbaycan üçün son günlər xüsusi aktuallıq kəsb edib, əbədi olaraq da aktual olaraq qalacağını nəzərə alıb, təbii zəlzələlər barədə də bir neçə söz: Bir tərəfdən Yerin Günəş, digər tərəfdənsə Yerin öz orbiti ətrafında qeyri-inersial hərəkətinin litosferaya (Yerin quru sahəsinə) göstərdiyi: (a) Mərkəzdənqaçma qüvvəsinin və (b) Korilies qüvvəsinin zəruri nəticəsi olan zəlzələlər, milyon illər ərzində Avrasiyanı Arktikadan, Cənubi Amerikanı Afrikadan, Şimali Amerikanı Avropadan, Avstraliyanı və Okeaniyanı isə Avrasiya və Afrikadan ayırdığı kimi, bugünkü gündə də bu proses səngiməyib və materiklərin sərhədlərində indi də davam etməkdədir. Azərbaycan bu dinamikada Avrasiyadan qopan növbəti nəhəng qəlpələrdən birinin sərhədinin tən ortasında yerləşir, hansının ki, trayektoriyası son bir ildə Türkiyədə, Gürcüstanda, Azərbaycanda və Türkmənistanda baş verən nəhəng zəlzələlərin episentrlərindən keçir (Zəlzələlərin səbəbi ilə bağlı bu versiya bizə məxsusdur. Müasir elmdə zəlzələlərin mənşəyi əsasən: (1) Ayın öz perigeyasında Yerə göstərdiyi təsiri ilə; (2) Yerin elektrik və maqnit sahələrinin qarşılıqlı təsiri ilə; (3) ərinmiş lavadan ibarət Yer nüvəsinin (mantiyanın) ellipsvari dövriyyəsi ilə; (4) Litosferanın əvvəldən bütöv olmayıb, astenosferada (mantiyanın üst səthində) 1-10 sm./il sürətlə «üzən» ayrı-ayrı plitələrdən (platformalardan), bloklardan ibarət olması ilə; (5) Qütblərin öz yerlərini dəyişməyə başlaması faktı ilə; (6) Qütblərdən ayrılıb ekvatora doğru yayılan və konkret en dairələrində, yəni bu gün seysmik cəhətdən aktiv hesab olunan ərazilərdə kəsişən (amplitudaları bu yerlərdə üst-üstə düşən) hipotetik dalğalarla və s. izah edilir).
Azərbaycanlılar üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq seysmik aktivliyin simptomlarından (yəni zəlzələdən bir müddət əvvəl xəbər tutmağa imkan verən əlamətlərdən) bəzilərini sadalayırıq:
n Zəlzələdən bir neçə il əvvəl yeraltı (o cümlədən, quyu) sularının tərkibində təsirsiz qazların, ələlxüsus radonun miqdarı artmağa başlayır və zəlzələyə bir neçə ay qalmış konsentrasiya maksimum həddə çataraq, stabilləşir;
n Zəlzələyə bir ay qalmış Yer altında uzununa seysmik dalğaların sürəti zəifləyir və onun eninə seysmik dalğalara nisbəti Vp/Vs < 1,7 həddində olur;
n Bir neçə gün qalmış yeraltı quyu sularının səviyyəsi enir və zəlzələyə bir gün qalmış, dilatansiya effektinin nəticəsi olaraq, öz əvvəlki səviyyəsinə qayıdır;
n Bir gün və ondan da az vaxt qalmış atmosferin elektrik və maqnit sahələrinin gərginlikləri anomal səviyyədə güclənir; dağ süxurlarının müqaviməti zəifləyir;
n Heyvanlarda dəliliyə bənzər anormal psixi oyanmalar baş verir, heyvanlar hamısı öz yuvalarını tərk edib, bu yerlərdən uzaqlaşmağa can atırlar, yuvalarına girməkdən imtina edirlər, o cümlədən:
— Ev heyvanları dəli kimi ora-bura vurnuxur, səbəbsiz olaraq həyəcan səsini aləmə yayır, qəzəblərini bir-birinin üstünə töküb bir-biri ilə vuruşur, yuvasına girməkdən imtina edir, sanki, yaxınlıqda canavar varmış kimi, narahatlıq və həyəcan içərisində səhərə qədər yatmırlar;
— Ev quşları həyəcan və narahatlıq içərisində qışqırışır, öz hinlərinə qayıtmaqdan imtina edir, uçub həyətdə ən hündür nə varsa onun üstünə qonurlar (məs., hündür çəpərin, divarın, damın və b. üstünə qalxırlar).
— Yer altında yaşayan bütün heyvanlar, o cümlədən, ilanlar, qarışqalar, siçanlar, porsuqlar və b. hətta qışın şaxtalı vaxtı da olsa, yerin üstünə çıxır və ətraf insanla dolu olsa da, onlara fikir vermədən aralarından keçərək bu yerlərdən uzaqlaşırlar;
— Quşlar maksimum yüksəklikdən uçur və ya ümumiyyətcə, buraları tərk edirlər;
— Balıqlar başqa yerə miqrasiya edir, akvarium balıqları fasiləsiz, narahatlıqla akvariumun içində vurnuxur, az qala akvariumdan çıxmaq istəyir, dəniz və okeanların ən dərin qatlarında yaşayan balıqlar səthə çıxır, bəzən balıqlar oriyentasiyalarını itirərək, böyük dəstə ilə özlərini sahilə atıb ölürlər (Yəni dənizdə tora əcaib heyvan düşübsə, deməli, yaxın vaxtlarda buralarda zəlzələ gözlənilir);
— Heyvanlar aclıq «elan» edirlər (yəni hansısa gün tələyə nəsə bir heyvan və ya quş düşübsə, deməli, həmin gün zəlzələ ehtimalı yoxdur); və s[11].
Deyilən bütün simptomlar bilavasitə zəlzələ episentrinin 10-50 km.-liyində müşahidə oluna bilən effektlərdir və məsafəyə proporsional olaraq bu «indikatorların» xəta faizi artır.