Yaddaş və verilənlərin tipləri
Misal 2.1.
# include <stdio.h>
void main()
{ printf(“ Azerbaycan, Baki\n”);
}
Bu proqramı necə işə salmaq istifadə edilən sistemdən asılıdır. Məsələn, proqramı Dev-C++-da buraxmaq üçün File menyusundan New->Project… altmenyusunu seçib, şəkildəki kimi açılan pəncərədə Console Application və C Projectqeyd edib OK düyməsini sıxmaq lazımdır:
Bundan sonra, aşağıdakı kimi pəncərə açılır:
Yeni ad verib Сохранитьdüyməsini sıxmaq lazımdır. Indi isə proqramın mətnini yığmaq olar.
Proqramın mətnini yığıb qurtardıqdan sonra Executemenyusundan Compile&Run(və ya F9) altmenyusu seçilir. Faylın yadda saxlanılması tələb olunur. Ad verib OK düyməsini sıxdıqdan sonra ekranda Azerbaycan, Baki sözləri çıxarılacaq.
#include direktivi <stdio.h> başlıq faylından (başlıq faylı isə standart giriş- çıxış əməllərinə malikdir) ibarətdir.
main()- əsas proqramın adıdır, o eyni cür olub həmişə iştirak edir. main sözündən əvvəl gələn void sözünün mənası ondan ibarətdir ki, proqram konkret qiymət qaytarmır;
{ } - mötərizələri proqramın gövdəsini təşkil edir;
printf() – kiçik mötərizədə olan çıxış verilənlərinin çap funksiyasıdır.
Hər bir operator nöqtə - vergüllə qurtarır.
Proqramı C++-da yazsaq, əvvəldə olduğu kimi File menyusundan New->Project… altmenyusunu seçib, Console Application və C++ Project(proqramC++-da yazıldığı üçün) qeyd edib OK düyməsini sıxmaq lazımdır:
Yeni Project-ə ad verib, OKdüyməsinisıxdıqdan sonra açılan pəncərədə proqramın mətnini yığmaq lazımdır:
#include <iostream.h>
#include <conio.h>
using namespace std;
int main (int argc, char *argv[])
{
cout <<”Azerbaycan, Baki\”;
getch();
return 0;
}
C++-da çıxış üçün cout operatoru istifadə olunur.
F9düyməsini sıxdıqdan sonra ekranda yenə də Azerbaycan, Baki sözləri çıxarılacaq.
Başlıq fayllar funksiyanın prototipinə malik olurlar. Prototip kompilyatora funksiyanın sintaksisi haqqında məlumat verir. Əgər başlıq faylını istənilən mətn redaktorla açsaq, onda onun daxilində qoşulan funksiyanın prototipini təsvir edən sətir aşkar etmək olar.
Misal 2.2.Hesablama elementi daxil olan C/C++proqramı:
# include <stdio.h>
void main()
{ int a, b, c;
a=5;
b=12;
c=a+b;
printf (“c=%d\n”,c);
}
Proqramın ümumi quruluşu dəyişmədi, lakin bəzi əlavələr edildi.
int a, b, c; - tamqiymətli a, b, c dəyişənlərinin elanı;
int- dəyişənlərin tamlıq əlamətini göstərir.
a=5;b=12; a və b dəyişənlərinə qiymət mənimsədilməsi,
c=a+b; a və b – ni toplayıb nəticəni c- yə mənimsədir.
printf() – funksiyası %d konstruksiyasına malikdir, o, çevirmə spesifikası adlanır. Onun yerində c dəyişəninin qiyməti duracaq, belə ki, % - yeri göstərir, d – qiymətin tipini (tam) göstərir. Çap sətri
c=17
şəklində olacaq və kursor yeni sətirdə dayanacaq (\n- kursoru yeni sətrə keçirir).
Adətən, proqramda giriş operatorundan da istifadə olunur.
Misal 2.3. ifadəsini hesablayan proqram.
# include <stdio.h>
# include<conio.h>
void main()
{ float a, b, c;
printf ("b ve c qiymetlerini daxil edin:\n");
scanf ("%f%f ",&b,&c);
a=b/c;
printf("a=%f / %f=%2.1f\n" ,b,c,a );
getch();
}
Burada float a, b,c - həqiqi tip üç dəyişənin elanı;
scanf (“%f %f”, &b, &c) isə b və c həqiqi ədədlərinin daxil olunma üsulunun təşkilidir.
Klaviaturadan ilk daxil edilən ədəd b-yə, növbəti isə c-yə mənimsədiləcək.
printf(“a=%f / %f=%2.1f \n” ,b,c,a)- birinci %f yerində b qiyməti, ikincinin yerində c, üçüncünün yerində isə a qiyməti 2.1 formatı ilə çap olunacaq.
getch() isə ekranın saxlanılması prosedurasıdır, <conio.h> başlıq faylında təyin olunmuşdur.
Beləliklə, C/C++- proqramın quruluşu belədir:
1) # include direktivi ilə başlıq faylları qoşulur;
2) istənilən proqram main() sözü ilə başlayır;
3) dəyişənin istifadə olunmasından əvvəl o, tipi göstərilməklə elan olunmalıdır.
Misal 2.4.Tərəfləri a, b, c olan üçbucağın perimetrini hesablayın.
#include <stdio.h>
void main()
{ int p,a,b,c;
scanf("%d%d%d",&a,&b,&c);
p=a+b+c;
printf("p=%d\n",p);
getch();
}
Qeyd 1. Ədədi qiymətlərin çapı zamanı aşağıdakı spesifikatorlardan istifadə olunur:
%i və %d– işarəli tam ədəd,
%u- işarəsiz tam ədəd,
%f – sürüşkən vergüllü kəsr ədəd,
%n,mf – sabit vergüllü kəsr ədədlər. Burada n- tam, m- kəsr hissənin rəqəmlərinin sayını göstərir.
Qeyd 2. printf -lə yanaşı ekrana məlumatı çıxarmaq üçün puts funksiyasından da istifadə etmək olar. Bu zaman çapdan sonra kursor avtomatik olaraq növbəti sətrin başlanğıcına keçir.
Qeyd 3. Proqram sona çatdıqdan sonra proqramın işlədiyi pəncərənin digər pəncərə ilə örtülməməsi üçün (məsələn, Norton Commander – in mətn redaktoru pəncərəsi ilə) proqramın sonuna
print f(“ “);
getch ( );
instruksiyasını əlavə etmək lazımdır.
Yaddaş və verilənlərin tipləri